Məşhur gürcü
rejissorun tamaşası Musiqili
Teatrda nümayiş olunub
Şota Rustaveli adına
Tbilisi Dövlət Dram Teatrı
Bakıda qastroldadır.
Kollektiv dünya şöhrətli aktyor, rejissor, SSRİ Xalq artisti Robert Sturuanın 80 illik yubileyi münasibətilə onun quruluş verdiyi tamaşalar ilə turneyə çıxıb
və ilk qastrol ünvanı olaraq Azərbaycan paytaxtı seçilib.
Noyabrın 14-də yaradıcı heyət Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində
rejissorun Amerika dramaturqu Terrens MakNellinin «Ustad dərsi» pyesi əsasında hazırladığı
«Mariya Kallas. Dərs» tamaşasını təqdim
etdi. Tamaşanı izləyənlər arasında mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, tanınmış mədəniyyət və
incəsənət xadimləri,
paytaxt teatrlarının
rejissorları, xarici diplomatlar, digər qonaqlar vardı.
1996-cı ildə yazılmış
«Ustad dərsi» pyesinə görə T.MakNelli ABŞ-da nüfuzlu teatr mükafatı sayılan
«Toni» mükafatına ikinci
dəfə layiq görülüb.
Robert Sturua bu əsəri öz 75 illik yubileyi ərəfəsində
səhnələşdirsə də, böyük vokalçı-pedaqoq, qəliz
ömür yaşamış
Mariya Kallasa həsr olunmuş tamaşa hələ də teatrın repertuarındadır.
“Belə
bir məşhur rejissorun hazırladığı
tamaşanın azərbaycanlı
tamaşaçılara təqdim
olunması çox təqdirəlayiq bir haldır. Şota Rustaveli adına
Tbilisi Dövlət Dram Teatrının
ölkəmizə qastrol
səfəri həm də mədəniyyətlərarası
dialoqun çox gözəl bir nümunəsidir”, - deyə
Azərbaycan Dövlət
Musiqili Teatrının
direktoru, Əməkdar
incəsənət xadimi
Əliqismət Lalayev
bildirib.
Tamaşa böyük maraqla
qarşılandı. Tamaşa başa
çatandan sonra mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev rejissor Robert Sturua ilə görüşdü.
Nazir görkəmli sənətkarı
gözəl səhnə
əsəri və yubileyi münasibətilə
təbrik edərək,
ona ən xoş arzularını bildirdi.
Qeyd edək ki, Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan qastrol səfəri
noyabrın 15-də, davam
edəcək. Teatrsevərlər
«Mariya Kallas. Dərs»
tamaşasını bir daha
izləyə biləcəklər.
Mədəniyyət.- 2017.- 15
noyabr.- S.2.