Gənc istedadın uğuru
Noyabrın 6-dan 10-dək Bolqarıstanın Stara Zaqora şəhərində gənc truba ifaçılarının IX beynəlxalq müsabiqəsi keçirilib. Azərbaycanlı ifaçı Səid Rəsulov (müəllimi Vladislav Kuznetsov, konsertmeysteri Viktoriya Zülfüqarzadə) müsabiqədə birinci yerə layiq görülüb.
Səid Rəsulov 2004-cü ildə
Bakıda anadan olub. 2010-cu ildən Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı Musiqi məktəbində təhsil alır. Ölkəmizdə və xaricdə
bir çox müsabiqələrdə laureat
adını qazanıb,
Estoniyanın Narva şəhərində keçirilən
beynəlxalq müsabiqədə
I yerə layiq görülüb.
Qeyd edək ki, Bolqarıstanda
1995-ci ildən keçirilən
gənc truba ifaçılarının müsabiqəsinə
bu il
ABŞ, Rusiya, Belarus, Almaniya,
Macarıstan, Moldova, Rumıniya,
Türkiyə və başqa ölkələrdən
ifaçılar qatılıb.
Azərbaycan ilk dəfə bu
müsabiqədə 2009-cu ildə
təmsil olunub və Prezident təqaüdçüsü İsrafil
Rəsulov Qran-pri mükafatını qazanıb.
Lalə
Mədəniyyət.- 2017.- 15
noyabr.- S.4.