Tofiq Quliyevin 100
illiyi adını daşıyan məktəbdə
qeyd edilib
Noyabrın 7-də Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Tofiq Quliyevin 100 illik yubileyi münasibətilə sənətkarın adını daşıyan 12 nömrəli Musiqi məktəbində konsert keçirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən konsertdə idarənin rəis müavini Gülnarə Seyidova və digər əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Şagirdlərin
ifasında Tofiq Quliyevin
Rəqs, Mahnı,
Vals, Bakılıyam mən, Faytonçu, Sənə də qalmaz
və başqa əsərləri səsləndirilib.
Məktəbin xor kollektivinin
ifasında bəstəkarın Sabahın
xeyir, Azərbaycan, Neftçi
mahnısı da maraqla dinlənilib.
Mədəniyyət.- 2017.- 15
noyabr.- S.10.