Paytaxtımızda növbəti “Türk filmləri həftəsi”
Noyabrın 16-da Bakıda 3-cü “Türk filmləri həftəsi” başlayacaq. Film həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino İdarəsi və bu ölkənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə reallaşacaq.
Nizami Kino Mərkəzində keçiriləcək rəsmi açılış mərasimindən sonra türkiyəli rejissor Caner Erzincanın “Yeni dünya” filmi nümayiş etdiriləcək.
Sonrakı günlərdə tamaşaçılar rejissor Bilal Babaoğlunun “Aşık”, Sinan Sertelin “Bir gün bir çoçuk”, Alper Çağların “Dağ-2” və Emre Konukun “Çırak” filmlərini izləmək imkanı əldə edəcəklər. Seanslar ödənişsizdir.
“Ortaq mədəniyyət, ortaq
kino” şüarı ilə hazırlanan
festivalın əsas hədəfi Türkiyə və Azərbaycan
filmlərinin qarşılıqlı şəkildə geniş təbliğinə nail
olmaqdır. Bu məqsədlə film həftəsi
çərçivəsində Türkiyədən Bakıya
gələcək rejissor, prodüser
və aktyorların azərbaycanlı həmkarları ilə
görüşləri keçiriləcək, birgə kino layihələrinin
reallaşdırılması istiqamətində
danışıqlar aparılacaq. Film
həftəsi noyabrın 20-dək davam edəcək.
Mədəniyyət.- 2017.- 15
noyabr.- S.3.