“Müslüm Maqomayev gənclərin ifasında”
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş müsabiqə elan edilib.
“Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə 8-16 yaşlı uşaq və yeniyetmələr arasında 2 nominasiya (vokal və estrada oxuma) və 3 qrup (I qrup: 8-10 yaş, II qrup: 11-13 yaş, III qrup: 14-16 yaş) üzrə keçirilir.
Müsabiqədə
Bakı şəhərində fəaliyyət göstərən
musiqi və incəsənət məktəblərində
təhsil alan şagirdlər iştirak edə bilərlər.
Mədəniyyət.- 2017.- 15
noyabr.- S.3.