Ölkəmiz Polşada
film, sənət və turizm
festivalında təmsil olunub
8-12 noyabr tarixində Polşanın paytaxtı Varşavada 12-ci "FilmAT” Film, Sənət və Turizm Festivalı keçirilib. Festivalda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə və Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova təmsil ediblər.
Festival çərçivəsində keçirilən elmi konfransda A.Sultanzadə “Təhsil dayanıqlı inkişafın təməli kimi” mövzusunda məruzə ilə çıxış edib. Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova ölkəmizin festivalda fəal iştirakına görə diplomla təltif edilib.
Qeyd edək ki, festival çərçivəsində keçirilən elmi konfransla əlaqədar olaraq oktyabr ayında Bakı Turizm Peşə Məktəbində “Təhsil dünyanı dəyişə bilər” devizi altında açıq dərs keçirilmişdi.
Festivalın
təşkilat komitəsi tərəfindən kino,
media və turizm sahəsində
dünyada tanınmış şəxslərin
təmsil olunduğu peşəkar
münsiflər heyəti ilə yanaşı, bu
ildən etibarən beynəlxalq tələbə münsiflər
heyətinin də yaradılması qərara alınıb.
Heyətə Polşa, Braziliya
və Azərbaycandan tələbələrin daxil
edilməsi təklif olunub. Bu
məqsədlə Azərbaycan Turizm və
Menecment Universitetinin və
Bakı Turizm Peşə Məktəbinin
9 tələbədən ibarət münsiflər heyəti
yaradılıb. İyunun 22-də Bakı
Turizm Peşə Məktəbində
münsiflər heyətinin toplantısı keçirilib.
Toplantıda festivala müxtəlif ölkələrindən
təqdim edilən 17 filmə tələbə münsiflər
tərəfindən baxış keçirilib
və filmlər qiymətləndirilib.
Mədəniyyət.- 2017.- 15
noyabr.- S.4.