Əməkdar rəssam dekorativ-tətbiqi sənət festivalında iştirak edib

 

 

   6-11 noyabr tarixində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Beynəlxalq dekorativ-tətbiqi sənət festivalında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın Əməkdar rəssamı İnna Kostina da iştirak edib. Rəssamın sərgidə nümayiş etdirilən 9 əsəri münsiflər heyəti və tamaşaçıların diqqətini cəlb edib.

   İncəsənət bayramına Azərbaycanla yanaşı, Almaniya, Britaniya, İran, İtaliya, Çin, Koreya Respublikası, Rusiya və digər ölkələrdən rəssamlar, sənətşünaslar, dekorativ-tətbiqi sənət ustaları qatılıb.

   Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nuriddinov festival iştirakçılarını təbrik edərək deyib ki, milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasında sənətkarların rolu əvəzsizdir.

 

 

Mədəniyyət.- 2017.- 15 noyabr.- S.16.