Azərbaycan UNESCO-nun Dünya İrs Komitəsinin vitse-prezidenti seçilib
UNESCO-nun Parisdəki mənzil-qərargahında
qurumun Dünya İrs Komitəsinin növbədənkənar sessiyası
keçirilib. Sessiyada komitəyə
seçilmiş 12 yeni
üzv ölkə də iştirak edib. Xatırladaq ki, Azərbaycan 2015-ci ildə dörd il müddətinə
bu komitəyə üzv seçilib.
Növbədənkənar
sessiyada Azərbaycan növbəti il
üçün komitənin
vitse-prezidenti seçilib
və Bəhreyn, Braziliya, İspaniya, Zimbabve, Çin ilə yanaşı, komitənin Bürosuna üzv olub.
Dünya İrs Komitəsinin növbəti il
üçün sədri
Bəhreyn seçilib.
Gələn il
komitənin 42-ci sessiyasının
Bəhreynin paytaxtı
Manamada keçirilməsi
planlaşdırılır.
Dünya İrs Komitəsi mədəni və təbii abidələrin mühafizəsi üzrə
UNESCO Konvensiyasının (1972) effektiv icrası, mədəni və təbii abidələrin Dünya irs siyahısına daxil edilməsi, eləcə də bu abidələrin
mühafizəsi və
mədəni irsin qorunması üzrə digər önəmli qərarların verilməsinə
cavabdeh olan qurumdur.
Ölkəmizin Dünya İrs
Komitəsi Bürosuna
seçilməsi yuxarıda
qeyd olunan məsələlərlə bağlı
qərarların qəbulunda,
eləcə də komitə sessiyalarının
gündəliyinin formalaşdırılmasında
yaxından iştirak etmək imkanı yaradır.
Qeyd edək
ki, Azərbaycanın iki
mədəni abidəsi - 2000-ci ildə İçərişəhər,
2007-ci ildə isə Qobustan qoruğu Dünya İrs Komitəsi tərəfindən Dünya irs
siyahısına daxil edilib.
Hazırda ölkəmiz tərəfindən yeni
abidələrin bu siyahıya daxil edilməsi istiqamətində fəal iş aparılır.
Mədəniyyət.- 2017.- 17
noyabr.- S.3.