Mingəçevir teatrında “Şəhər günüqeyd edilib

 

 

   Azərbaycanın qədim yaşayış məskənlərindən olmuş Mingəçevirə şəhər statusu 1948-ci il noyabrın 11-də verilib. Kür çayı üzərində Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının və Mingəçevir su anbarının tikintisinin başlanması ilə bölgədə iri sənaye mərkəzi yaranıb.

   Mingəçevirə şəhər statusunun verilməsinin 69-cu ildönümü münasibətilə Mingəçevir Dövlət Dram Teatrında təntənəli mərasim keçirilib. Tədbirə qatılanlar əvvəlcə teatrın foyesində şəhərin tarixini əks etdirən sərgi ilə tanış olub, film izləyiblər. Tədbirin aparıcıları Mingəçevirin inkişaf yolundan danışıblar. Bildirilib ki, ölkənin 70 faiz enerji təminatını məhz Mingəçevir SES ödəyir. Bu gün energetiklər şəhəri həm də mühüm mədəniyyət mərkəzi, turizm məkanıdır.

   Tədbirin rəsmi hissəsindən sonra konsert proqramı təqdim olunub. Mingəçevir Dövlət Dram Teatrının aktyorları tamaşalardan səhnəciklər nümayiş etdiriblər. Şəhərin musiqi qruplarının ifasında mahnılar səslənib.

 

Mədəniyyət.- 2017.- 17 noyabr.- S.7.