Fransa Azərbaycanın Dünya Turizm Təşkilatında fəaliyyətini alqışlayır

 

   Fransa Respublikasının Avropaxarici işlər naziri Jan-İv Drian (Jean-Yves Le Drian) Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə məktub ünvanlayıb.

   Məktubda deyilir: “Turizmin daha geniş iqtisadi inkişaf strategiyası çərçivəsində ölkənizdə turizm sektorunun gücləndirilməsinə ayrılan əhəmiyyət bizə yaxşı məlumdur. Bu, 2016-cı ildə 83 milyondan çox turisti ilə dünyanın birinci turistik ölkəsi olan Fransanın ilk planda tanıdığı əsas məqsədidir.

   Fransa bu məqsədlə turizm sahəsində birgə fikirləri inkişaf etdirmək, məsuliyyətli, davamlı və hamıya əlçatan olan bir turizmi təbliğ etmək üçün Dünya Turizm Təşkilatının rolunu və fəaliyyətini tamamilə dəstəkləyir.

   Son illərdə sizin ölkəniz təşkilatın işlərində xüsusilə fəal iştirak edir və sevinirəm ki, bu ilin sentyabrında Çenqdu şəhərində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına yenidən seçilməyiniz ilə biz həmin təşkilatda birgə fəaliyyətimizi davam etdirəcəyik”.

 

Mədəniyyət.- 2017.- 17 noyabr.- S.8.