Lənkəran teatrıDəcəl keçi”ni festivala aparır

 

 

 

   Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Həmədan şəhərində keçiriləcək Beynəlxalq uşaq gənclər teatr festivalında iştirak edəcək. Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, dekabrın 1-dən 6-dək davam edəcək festivalda yaradıcı heyət gənc yazar Pərvin NurəliyevanınDəcəl keçiəsəri ilə çıxış edəcək.

   Səhnə əsərinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Tamaşada rolları Qızılgül Quliyeva, Əbülfəz Axundov, Niftulla Əsgərov, Təranə Fərəcova, Sayad Əliyev, Emin Fərzullayev, Ülkər QuliyevaNizami Qurbanov ifa edirlər.

 

Mədəniyyət.- 2017.- 17 noyabr.- S.10.