Türkiyənin Uşak Universitetində Vaqifin yubiley mərasimi
Türkiyənin Uşak Universitetində
Azərbaycan poeziyasının
görkəmli nümayəndəsi
Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan mərasim və şair haqqında yazılan kitabların təqdimatı
keçirilib.
Tədbir TÜRKSOY-un qərarı ilə 2017-ci ilin “Molla Pənah Vaqif İli” elan olması çərçivəsində, bu qurumla Uşak
Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.
Universitetin rektoru,
professor Sayın Dalqıran,
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi
Elçin Qafarlı və başqaları çıxış edərək
Molla Pənah Vaqifin həyat və yaradıcılığından
danışıblar. Natiqlər şairin
yaradıcılığının bənzərsizliyi, şeirlərinin
fəlsəfəsi, dilinin
rəvanlığından söz
açıblar.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətinin bütün
dövrlərində tarixi
şəxsiyyətlərin, o cümlədən görkəmli
ədiblərin dünyada
tanıdılmasına və
adlarının əbədiləşdirilməsinə
böyük diqqət
göstərib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Dövlət
başçısının Vaqifin 300 illik yubileyinin qeyd olunması barədə məlum sərəncamı
əsasında görülən
işlər buna bariz nümunədir.
Sonra Molla Pənah Vaqifin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Mərasim bədii proqramla davam edib.
Molla
Pənah Vaqifə həsr olunan əsərlər
iştirakçılara paylanılıb.
Mədəniyyət.- 2017.-22
noyabr.- S.4.