Ecazkar məkanlar, fərqli baxışlar

 

 

   Festivalda maraqlı filmlər nümayiş olundu

  

   IV Beynəlxalq Turizm Filmləri Festivalı müxtəlif ölkələrdən təqdim olunan, eləcə də yerli kinematoqraflarımızın çəkdiyi maraqlı ekran əsərlərinin nümayişi ilə yadda qaldı. Bizimfestival müddətində bir neçə filmi izləmək imkanımız oldu.

   Həmin filmlər haqqında təəssüratlarımızı oxucularla bölüşürük.

  

   Gürcüstan ilə nahar

  

   Qonşu ölkədən festivala təqdim olunanGürcüstan ilə naharfilmini ən maraqlı ekran işlərindən hesab etmək olardı. Buna görə də “Reklam filmləri” kateqoriyasında yarışan 5 dəqiqəlik film adıçəkilən nominasiya üzrə festivalın qızıl mükafatına layiq görüldü. Rejissor Dima Çxeidzenin ekranlaşdırdığı film bu ilin mart ayında Gürcüstana gələn 6 milyonuncu turistin qarşılanma mərasimindən bəhs edir. Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ölkəyə gələn 6 milyonuncu turistə xüsusi qarşılama mərasimi təşkil edib. Tiflis Beynəlxalq Hava Limanına eniş edən Cesper Blek adlı turist xoş sürprizlə qarşılaşır. Hollandiyalı turisti hava limanında qarşılayan nazirliyin əməkdaşları onu xüsusi kortejin müşayiəti ilə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşə gətirirlər. Daha sonra baş nazirlə süfrə arxasına əyləşən turist gürcü mətbəxinin təamlarına qonaq olunurgürcü mədəniyyəti haqqında məlumatlandırılır.

   Cesper Bleki dəbdəbəli qonaqlıq, musiqi, rəqslər təəccübləndirir. O vurğulayır ki, ilk dəfə olduğu bu ölkə haqqında az məlumatı var. Heç ağlına da gətirməzdi ki, Avropa ilə Asiya arasında yerləşən bu ölkədə belə isti qarşılanacaq.

  

   Rusiya turizminin milli xüsusiyyətləri”

  

   Rusiyalı rejissorlar Janna TolstikovaAndrey Porşnyakın “Mədəniyyət, ənənə” nominasiyasında təqdim etdiyiRusiya turizminin milli xüsusiyyətləri” filmində uzaq Sibirdən tutmuş Şimali Qafqaza qədər olan böyük bir coğrafiyanın turizm xüsusiyyətlərindən danışılır.

   26 dəqiqə olan filmdə bu ərazilərdə yaşayan xalqlar və onların adət-ənənələrinə də geniş yer verilir. Qeyd olunur ki, Rusiyada 150-dən çox xalq yaşayır. Ancaq sənin bu mədəniyyətlərin hamısını şəxsən görmək imkanın olmur. Bunlar haqqında kitablardan öyrənmək üçün daha çox şansımız var. Turist səfərləri insanları tanımaq və yaddaqalan vaxt keçirmək üçün ən gözəl vasitədir. Bu vasitə həm də etnoslar, millətlər arasında mədəni bağlılıq yaradır.

   Vurğulanır ki, Rusiya etnoqrafik turizm üçün ən yaxşı məkandır. Turistlər üçün yerli xalqların qədim ənənələri ilə tanışlıq, eyni zamanda gözəl təbiət mənzərələri də əvəzolunmaz anlar yaşada bilər.

  

   “Mare Nostrum - Konsert. Səyahət

  

   “Mare Nostrum - Konsert. Səyahətisveçrəli rejissorlar Mişel Brun Stefan Haupt tərəfindən ekranlaşdırılıb. Filmdə geniş bir ərazidən bəhs olunur. Məqsəd müxtəlif mədəniyyətlər arasında dialoq qurmaqdır. İsveçrədən Afrikaya qədər uzanan bu səyahət musiqinin dili ilə sevgi bəxş etməkdədir. Səfər olunan ərazilərdə konsertlər təşkil olunur, eyni zamanda yerli əhalinin musiqiləri dinlənilir.

   57 dəqiqəlik filmdə rejissorlar Aralıq dənizinin ətrafında üç böyük monoteist dinin dialoqunu əks etdirərək, daxili xarici sülhü tapmağa çalışan bir sənət əsəri yaratmağa səy göstəriblər.

  

   Festivalda Azərbaycan filmləri

  

   Azərbaycan IV Beynəlxalq Turizm Filmləri FestivalındaÖlkə, region, şəhərkateqoriyasındaAzərbaycan. Ecazkar diyar”, “Bakı. Əsrlərin aynasında”, “Azərbaycanın ruhuVulkanın nəfəsifilmləri ilə təmsil olundu.

   Vulkanın nəfəsifilmi Azərbaycandakı palçıq vulkanlarından bəhs edir. Yer üzündəki 2 minədək palçıq vulkanından təxminən 400-ü Azərbaycan ərazisindədir. Palçıq vulkanları Azərbaycanın milli sərvəti kimi dəyərləndirilir xüsusi mühafizə olunan ərazilər siyahısındadır. Vulkanın nəfəsisənədli filmi tamaşaçıları ölkəmizdəki palçıq vulkanlarının sirli aləminə səyahətə aparır. Filmin rejissoru Adil Azay, ssenari müəllifi Tofiq İsmayılov, operatoru Yuri Varnovski, prodüseri Fariz Əhmədovdur. Film IV Beynəlxalq Turizm Filmləri Festivalının milli mükafatına layiq görülüb.

   “Mədəniyyət, ənənə” nominasiyasında yarışan rejissor Fuad Quliyevin “Azərbaycanın ruhu” filmində ölkəmizin zəngin tarixi, mədəniyyəti nümayiş etdirilir.

   Filmdə ölkəmizin möhtəşəm mədəni və tarixi irsinin təqdimatı ilə yanaşı, inkişafı və müasirləşməsindən bəhs olunur. “Azərbaycanın ruhufilmi öz nominasiyası üzrə festivalın qızıl mükafatına layiq görüldü.

   

   F.Hüseynov

 

Mədəniyyət.- 2017.-22 noyabr.- S.8.