Sonsuzluğun sonu” bəyaz rəngə çalır

 

 

 

   İnternetdə axtarış verirəm: "Sonsuzluğun sonu" haqqında məlumat toplamaq, kimlərin nə yazdığını bilmək istəyirəm. Amma doğma dilimizdə mən axtaran "Sonsuzluğun sonu" barədə heç nə tapmıram. Hətta bir neçə ay əvvəl bu tamaşa barədə Aydın Talıbzadənin yazdığı resenziya da sanki qeybə çəkilib. Əvəzində Amerikanın məşhur fantast yazıçısı Ayzek Əzimovun 1955-ci ildə yazdığı "Sonsuzluğun sonu" kitabı barədə bolluca məlumat çıxır. Həmin kitab əsasında çəkilmiş filmi də yükləyiblər. Fantastika janrı bütün təzahürləri ilə məni heç vaxt cəlb etməyib, çünki məndən ötrü insan qəlbinin dərinlikləri, fərdlərarası münasibətlər ən böyük fantastikadır...

   Teatr Xadimləri İttifaqının layihəsidir. Mustafa Mərdanov səhnəsində "Zəfər" yaradıcılıq studiyasında hazırlanmış Rövşən Ağayevin "Sonsuzluğun sonu" monotamaşasına baxıram. Aktrisa Güşvər Ağayeva oynayır. Nədənsə aktrisaya baxanda onun "Danabaş kəndinin əhvalatları"nda Məhəmmədhəsən əminin arvadı, eşşəyin itməkliyi üzündən üzülüb ölən Əhmədin anası rolunu xatırlayıram. Belə baxanda Əhmədin anası hara, Zəhra nənə hara?.. Amma obrazlar arasında dərin qatlarda nəsə uyğunluq var.

   Ömrünün son çağlarını tək yaşayan ahıl qadın. Bir zaman dəlicəsinə sevdiyi, sonralar isə xəyanətlərinə, yasaqlarına dözdüyü həyat yoldaşı vəfat edib. Birgə böyütdükləri iki qız, iki oğul payları da öz ailələri ilə ayrı yaşayırlar. Hərdən analarına baş çəkirlər. Zəhranın dediyinə inansaq, gələndə özləri ilə yarımfabrikat yeməklər gətirirlər, anaları zinət əşyalarını itirər deyə, nəyi var yığışdırıb aparırlar, həm də onu dilə tuturlar ki, mənzilini məhz mənə vəsiyyət elə...

   Görən, niyə belə olur? Deyəsən, Zəhra bilir ki, səbəb nədir. Çünki vaxtilə özü də yaxşı övlad olmayıb. Ana-atasına qarşı çıxaraq, sevgini üstün bilib. İndi də övladlarının naxələfliyini cəza kimi qəbul edir...

   Sonsuzluğun sonu” qaranlıq fonda, teatr dililə desək, qara qutunun içində rəngdə işlənib. Burada hər şey rəngdədir. Zəhranın geyimi də, yatağı da, stolun üstünə sərdiyi süfrə də, hətta əlində tikdiyi, gah yataq örtüyü etdiyi, gah süfrənin üstünə sərdiyi parça da rəngdədir. rəngin bolluğu isə adama təxminən eyni tipli duyğular yaşadır.

   Bütün rənglər yerlikdə daha əlvan görünür...

   Xəstəxanalarda, xüsusən cərrahiyyə otaqları sterilliyi qorumaq asan olsun deyə, rəngdədir...

   Kəfən kimi gəlinlik də parçadan biçilir...

   Bu dünyadan gediş də, ruhun göylərə pərvazı da süd rəngli ilğım kimi təsvir edilir daima...

   Arada Zəhra həmin parçanı fata kimi başına taxır. Elə-belə, bir anlığa... Eh, nə olsun ki, Zəhra ailə quranda ata evindən "Vağzalı" ilə, telli-duvaqlı çıxmayıb? Amma nənələrin-dədələrin “ər bir - gor bir” öyüdünə ki ömür boyu, sədaqətlə əməl edib. Bəlkə də onun geyimiadi gecə köynəyi yox, şair deyəndəndi: "Diri olduqca libasım budur, ölsəm - kəfənim"...

   Tamaşa başlayanda yuxudan oyanan Zəhra çarpayısı ilə üzbəüz asılmış boş çərçivəyə, mərhum ərinin şəklinə baxıb şikayətlənir ki, niyə hər gecə yuxusuna girib, onu çağırır. Sonra da bizə - tamaşaçılara öz həyat hekayətini danışır... Tamaşanın sonu da elə çarpayı ilə bitir. Aktrisa əlində söküyünü tikdiyi həmin parçanın bir ucunu çarpayının baş tərəfinə paltar sancağı ilə bərkidir və yenə də üzünü həmin xəyali portretə tutub "sən atanın goru, yuxuma gəlmə, qoy rahat yatım, atan yaxşı kişi idi" deyib yatağına uzanır. Tamaşaçı bir dilemma içində qalır: Zəhra sabah səhər yuxudan ayılacaqmı? Yoxsa, nəvə həsrəti, can ağrısı, divarların üstünə yağdırdığı xatirələrin yükü, aşağı-yuxarı, sağ-sol mənzillərdən gələn həyat hənirtiləri içində daha qabarıq duyulan tənhalıq, qocalıqdan dolayı əlacsızlıq, gücsüzlük adlı "Sonsuzluğun sonu" beləcə bitəcək?

   Aktrisa Güşvər Ağayevanın təbii oyununda, şəksiz ki, tamaşanın quruluşçu rejissoru Asiman Ağayevin rolu böyükdür. Bir sirraçaq ki, rejissor aktrisanın oğludur. Gənc rejissor əslində Güşvər xanımı aktrisa kimi tanıyan stajlı rejissorlardan daha fərasətli çıxıb və səhnə fədaisi anasının daxili potensialını açacaq əsərə quruluş verib.

  

   Gülcahan

 

Mədəniyyət.- 2017.- 22 noyabr.- S.10.