“Nar bağı”
Malatya festivalında “Büllur
ərik” qazanıb
Rejissor İlqar Nəcəfin
“Nar bağı” bədii
filmi Türkiyədə,
7-ci Malatya Beynəlxalq Film Festivalında
baş mükafata layiq görülüb.
Ekran əsəri noyabrın
9-dan 16-dək davam edən
festivalın tammetrajlı
filmlər müsabiqəsində
“Ən yaxşı
film” seçilərək “Büllur
ərik” mükafatını
qazanıb. Mükafat festivalda iştirak
edən baş rolların ifaçıları
Qurban İsmayılov və İlahə Həsənovaya təqdim edilib. “Nar bağı”
filmi strukturuna, poetik dilinə, dərin insanpərvərliyinə,
xüsusilə də illərlə yaddaşlardan
silinməyəcək son səhnəsinə
və yaddaqalan obrazlarına görə təltif edilib.
“Nar bağı”
bədii filmini Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası
və “Buta Film” kino şirkəti tərəfindən istehsal
edilib.
Filmin ssenari müəllifləri
Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu
rəssamı Rafiq Nəsirov, bəstəkarı
Firudin Allahverdi, icraçı prodüseri
Akif Əliyev, prodüserləri Müşfiq
Hətəmov və İlqar Nəcəfdir. Psixoloji dram janrında çəkilən
filmdə rolları Qurban İsmayılov, İlahə Həsənova,
Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.
Xatırladaq ki,
“Nar bağı” bu
yaxınlarda Asiya-Sakit Okean
Kino Akademiyasının “Young
Cinema Award”
mükafatına da layiq
görülüb. İlqar
Nəcəf noyabrın 23-də mükafatın təqdimetmə
mərasimində iştirak edəcək.
Mədəniyyət.- 2017.- 22
noyabr.- S.10.