“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı”
Beynəlxalq elmi konfransın materialları kitab halında nəşr olunub
Ötən il türk
dünyasının böyük
mütəfəkkiri, dahi
özbək şairi Əlişir Nəvainin
575 illiyi Azərbaycanda
da qeyd edildi.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, Füzuli adına Əlyazmalar İnstitutu və Özbəkistanın Azərbaycandakı
səfirliyinin birgə
təşkilatçılığı ilə “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı”
adlı beynəlxalq elmi konfrans keçirildi.
Bu günlərdə həmin konfransın materiallar toplusu - “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” kitabı
nəşr olunub.
Ədəbiyyat İnstitutu Elmi
şurasının qərarı ilə “Nurlan”
nəşriyyatında çap olunan kitab AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Əlişir Nəvai
- ümumtürk dünyasının
qardaşlıq rəmzi” adlı məqaləsi ilə
açılır. Topluda Özbəkistanın ölkəmizdəki səfiri
Şerzod Fayziyevin
“Əlişir Nəvai özbək-Azərbaycan əlaqələrinin
möhkəm təməlidir”, akademik Teymur Kərimlinin “Nəvai “Xəmsə” yazanlar arasında Nizaminin ən
böyük şagirdidir”,
filologiya elmləri doktoru
Almaz Ülvinin
“Əmir Əlişir Nəvai və onun ədəbi
xəzinəsinin inciləri” və başqa
müəlliflərin məqalələri yer
alıb.
Mədəniyyət.- 2017.- 22
noyabr.- S.12.