Yeniyetmə pianoçunun
yeni uğurları
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin fortepiano ixtisası üzrə V sinif şagirdi Şirin Əmiraslanova 13-19 noyabr tarixində Avstriyanın Qrats şəhərində keçirilən Bela Bartok adına V Beynəlxalq piano müsabiqəsində II yeri tutub.
3 yaş kateqoriyası üzrə keçirilən müsabiqəyə Avstriya, Almaniya, Slovakiya, Çin, İtaliya və s. ölkələrdən ifaçılar qatılıb.
Ş.Əmiraslanova Budapeşt şəhərində
Şopen İnstitutunun
Alink-Arqeriç Fondu
ilə birgə Bela Bartok
adına Konservatoriyada keçirdiyi
ənənəvi beynəlxalq piano
müsabiqəsində də III mükafata
layiq görülüb.
Şirinin müəllimi professor
Siala Sinamdzqvarişvilidir.
Mədəniyyət.- 2017.- 24 noyabr.- S.10.