Türk xalqlarının mədəniyyət
və dillərinin inkişafı məsələləri
müzakirə edilib
Moskva Dövlət Linqvistika Universitetində (MDLU) Rusiya ərazisində yaşayan türk xalqlarının mədəniyyətinin və dillərinin qorunub saxlanılması və inkişaf etdirilməsi məsələlərinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçirilib. MDLU-nun Beynəlxalq Münasibətlər və Sosial-Siyasi Elmlər İnstitutu tərəfindən təşkil edilmiş konfransda Rusiya və MDB ölkələrinin türkoloq alimləri iştirak edib.
Konfrans iştirakçıları türk dünyası kimi etnomədəni təsisat, onun çox mühüm tərkib hissəsi olan Mərkəzi Asiya və Azərbaycan ilə Rusiyanın qarşılıqlı əlaqələrinin inteqrasiya potensialını nəzərdən keçiriblər, terrorizmin inkişafına şərait yaradan millətçilik, ksenofobiya və millətlərarası münaqişələr kimi mənfi halların qarşısının alınması məsələlərinə toxunublar.
Azərbaycan alimi, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru Zemfira Rüstəmova “UNESCO-nun dünya irsi obyektləri Azərbaycan mədəniyyətində” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans çərçivəsində konsert proqramı təqdim edilib. Tədbir iştirakçıları
Azərbaycan mətbəxinin
ləziz yeməklərinin
dadına baxıblar.
Konfrans
materiallarını məcmuə şəklində
hazırlamaq planlaşdırılır.
Mədəniyyət.- 2017.- 24 noyabr.- S.3.