Dövrün fövqündəkilərdən
Siyasi qalmaqallı bir
zamanın həm də böyük EKRAN
yazıçısı İmran
Qasımov
Əsasən, qeyri-sintetik sahə adamları haqda işlədilən “istedadlı” təyinini bu yazıçının “kinoçu”luğuna da aid etmək olar.
Bəli, İmran Qasımov istedadlı ssenarist idi. Onun ssenariləri
əsasında ekranlaşdırılmış
və kino sənət-sahəmizin hələ
yarımmilli (sovet) dövrünün “qızıl
fond”una daxil edilmiş “Bizim küçə”, “Onun böyük ürəyi”,
“Əsl dost”, “İnsan
məskən salır”
və s. filmlər bu gün də
maraqlı sənət
nümunələri kimi
qarşılanmaqdadır.
Ədəbiyyat-mədəniyyət aləminin rəsmi-rəyasət
sahələrində tez-tez
bir məqam-mənsəbdən
digərinə doğru
irəliləyib, öz
istedad və təşkilatçılıq bacarığıyla müxtəlif
təşkilatlara başçılıq
etmiş bu maraqlı ədibin, demək olar, hər iki-üç əsərindən biri lentə alınıb.
Təbii ki, bu təqdimat
hələ onun sənət-fəaliyyət dəyərinin,
köhnə kino-teatr tamaşaçıları leksikonuyca
desək, “jurnalıdır”,
“kinosu daldadır” və həmin o “kino”dan -
Epizodlar:
Əlbəttə,
xeyli dərəcədə
fraqmental; dövrünün
sənət nəbzi fövqündə duranlardan
biri olmuş bu son dərəcə fəal-məhsuldar sənətkarın
etdiklərini bir “yazı kinosu”na
sığışdırmaq olarmı?
Öncə, bu çox çevik
ədib, dramatik dramaturqun ustad qələmindən vizuallaşan
fenomenal-meridianal lentləri,
intellektindən formalaşan
“ekrandakı talelərlə
kino-zaldakı talelər
arasındakı fərq
ekran pərdəsi ilə oturacaqlar arasındakı məsafədən
çox olmamalıdır”
kimi erudision fikirləri birlikdə xatırlayaq və keçək müxtəlif
mənbələrdə uyuyan
bəzi fakt və xatirələrə.
Bunlardan biri də - sağ ikən ətrafındakı
“badalaq” istedadlıların
onun ürəyinə
“aşıla”dıqları infarkt-“ilişmə” epizodları imiş ki, “övladlar ataların cinayətinə
cavabdeh deyillər” tabusuna binaən, üstündən sükutla
keçməliyik.
Bu yazıçının
rəngarəng yaradıcılıq
aləminə - epik-lirik,
dramatik-kinematoqrafik əsərlərinə
göz gəzdirdikcə
isə, haqqında söylənəsi fikirlər
qarşısında geniş
meydan açılır.
O, gənc vaxtlarından
maraqlı ədəbi-bədii
nümunələr yaratmağa
başlayıb. 22 yaşında Bakı neftçilərinin həyatından
bəhs edən “Yeni horizont” bədii filminin ssenarisini yazıb. Onun dil-üslub xüsusiyyətləri, situasiyayaratma
manevrləri, ekoloji təsvir, psixoloji təfsir, eleqant monoloq və “intriqant” dialoqları ilə tanış olduqca, oxucuya elə gəlir ki, bu yazıçı
ADU-nun (BDU) Filologiya fakültəsini
yox, dünyanın (hələ mövcud olmayan) hansısa “detektiv universitet”ini bitirib. Elə mən də
məhz bu sayaq elementlərə görə ona bağlı bu yazıma “qələm ritmikası” çaları
ilə yox, “göz qənimətləri”
ladıyla başlıq
vermişəm.
Deyim ki, onun sənət-bəsirət gözünün
açılımına qədərki
dövrü də öz dramatikliyilə səciyyəvi olub.
O “dramatizm”in baş qəhrəmanı, təbii
ki, müharibə imiş. Həmin dövrün termin qəhrəmanı olan “arxa cəbhə”nin ədəbi-bədii səngərinə
zəngin material lazım
idi və iyirmi üç yaşlı İmran bu tip “istehsalçıların”
önündə gedir,
dövri mətbuatda zarisovka, oçerk, reportaj, məqalə “atəşləri” saçırmış.
Gündüzlər müşahidə kəşfiyyatına çıxar,
gecələr alovlu publisistik yazılar yazarmış. Lakin günlər
tez, aylar boz keçdiyindən, o “bir kağız, bir qələm” aləmindən “söz və göz” dilinə keçməyi qərarlaşdırır. Yəni başını qaşımağa
macal tapmayan cəmiyyət üçün
tiraj-tiraj yazıb, adda-budda oxutdurma işindən - yazdıqlarını
lentə aldırıb
kütləvi-ölkəvi baxdırma işinə qədəm qoyur. İctimai məna-mahiyyətini, qələbə
güdüyünü dəyişməyən
qələmi vizual ritmlərlə döyünməyə
başlayır. 1942-ci ildə daha bir ssenari ilə
kino mədəniyyətimizə
pay (“Sovqat”) verir. Arada yazıb lentə aldığı bir neçə qısametrajlı
filmlərdən sonra
- 1945-ci ildə od-alovlardan
qurtulmaqda olan vətən tamaşaçıları
ilə görüşə
“Əbədi Odlar ölkəsi” sənədli
filmi ilə gəlir.
“Hər
aşiqin dövranı”
olursa, bütöv bir dövranın da eyni sevgiyə
müştaq aşiqləri
olmazmı?
Olar...
Bunun adı QƏLƏBƏ idi. Bütün zamanlarda döyüşmüş,
döyüşən və
hələ döyüşəsi
tərəflərin eyni
istəyi (amma həm də... böyüklərin bu dava-dava “oyun”u - “halva-halva”
deməklə alınmayan
problemlərin ən cəncəli)! Bu, siyasətində
qırx, cəmiyyətində
çoxdilli SSRİ-nin
milyonlarından çox
şey umur, çox fədakarlıqlar
gözləyirdi; “Neftçi
Qurban” kimi mahnılardan tutmuş, gözəl səsin də mütləq “əməkçi insan surəti”nə xas olmasını təbliğ-təlqin
edən “Bəxtiyar”, bizi çox-çox uzaq sahillərdəki bir oğlumuzun alman zabitlərilə dolu kinoteatra qoyduğu partlayıcının
nə vaxt işə düşəcəyilə
bağlı qeyri-adi həyəcan-maraq üstə
kökləyən “Uzaq
sahillərdə” kimi filmlərə qədər
- hər şey!
Və bütün bunlar
günlərlə-aylarla başa
vurulmayan povestlərdən-romanlardan
fərqli bir vasitə ilə bəyan olunmalıydı.
Dörd il
sərasər vəsvəsə-səksəkə
içində yaşamış
ölkəyə, siyasət-rəyasət
dokladlarından doymuş
əhaliyə sənətin
ən əyani, “incəsənətin ən
canlı” sahəsilə
əyan edilməliydi.
Gecələr işığı sönülü, qapı-pəncərəsi
örtülü, aynası
tutulu, qaş-qabağı
qıfıllı arxa
cəbhəçilər üçün
ssenarilər yazılmalı,
filmlər çəkilməliydi.
İmran Qasımov da
bu atəşsiz cəbhənin barmaqsayı
sənət komandirlərindən
biri kimi çalışır, qələm-əsgərlərdən
biri olaraq, müşahidələrini fövri-sürətlə
qələm-kağıza alıb,
kinolentlərə çəkdirirdi.
“İmran
Qasımovun hər iki-üç kəlməsindən,
beş-üç xatirat-təəssüratından
biri əsl vizual element, nəticə etibarilə bitkin bir kinolent idi”.
Müasirlərinin söylədiyi bu
qənaəti onun zəngin filmoqrafiyası da təsdiq edir. Adlıqları,
mövzuları, məram-məqamları
öz avtoportretini andıran filmoqrafiyası!
Onun ssenariləri əsasında
çəkilmiş, lakin
zamanın ictimai-siyasi
baxışlarıyla əlaqədar
obyektiv-subyektiv münasibətlər
tünlüyü içərisində
gömülmüş bir
çox filmlərindən
fərqli - ünlü
sənətkar Həsən
Seyidbəyli ilə birgə yazdığı
“Uzaq sahillərdə”
(dünyanın 25 dilinə
tərcümə edilmiş,
Asiya-Afrika ölkələrinin
kinofestivalında birinci
yeri tutmuş) şedevrinə doğru çox böyük sürət, haqq-halal bir surətlə gəlirdi. Onlar bu kino-əsərlə
“İnsanın taleyi”
(M.Şoloxov) qarşısına
mükəmməl bir
Azərbaycan filmi, sinəsini atəşə
sipər edib pulemyotu susduran bədii Matrosovların qabağına real-fenomenal
bir Azərbaycan balası çıxarmış
oldular. Bu sənədli-publisistik, ədəbi-bədii
faktura kinematoqrafçılarımıza
qeyri-adi bir ekran əsəri yaratmaq üçün əsrarəngiz dəstavuz
vermiş oldu. Buradakı faktoloji təsvirlərin, situasiyaların, dialoqlardakı
hədsiz dinamik-psixoloji
nüansların yaradıcı
qrup qarşısında
açdığı üfüqlər
hər kadrda, hər məqamda hiss olunur. Xüsusən də hadisələrin daxili polifoniyası ilə ecazkar dərəcədə səsləşən
musiqi! Dahi Qara Qarayevin artillerik notları böyük Qələbə
uğuruna qoşulan bu söz və
şəkil duallığını
triumfallaşdırmışdır!
Belə bir qənaəti
də vurğulayım
ki, kinematoqrafiya mütəxəssisləri bu
filmdəki müəllif
ifadələrindən bir
çoxunun atalar sözü və zərb-məsəl dəyəri
qazandığından da
söhbət açıblar.
Qeyd ediblər ki, məşhur “O olmasın,
bu olsun” abidəsində olduğu kimi (“Heç hənanın yeridir?”, “Dəyərəm min cavana”
və s.), “Uzaq sahillərdə” də gündəlik leksikon “menyu”muzu zənginləşdirən
sözlər az deyil: “Doqquzun yarısında!”, “Qoy bir özümə gəlim”, “O, qardaşlıq
dininə inanır, ata!”, “Xatırladım... gülsatan qız”, “Həmin dalğa, həmin koordinat” və s.
...Və bu filmo-titroqrafik sadalamadan sonra, bu çoxşaxəli müəllifin tituloqrafik
“ad”almaları: alovlu publisist, görkəmli yazıçı, peşəkar
ssenarist, təşkilati
lider, nüfuzlu ictimai xadim...
Tahir
Abbaslı
Mədəniyyət.- 2017.- 24
noyabr.- S.12.