“Mişov dağı”
- iki ölkə arasında mədəni körpü
Tehranda Mişov Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan “Mişov dağı” jurnalı 20 ildən çoxdur ki, Azərbaycan (latın əlifbasında) və fars dillərində işıq üzü görür.
Nəşrin növbəti nömrələrində Azərbaycan şairləri Məhəmməd Füzuli, Xurşudbanu Natəvan, Məmməd Arazın və türk şairi Nazim Hikmətin həyat və yaradıcılığından, Xocalı, 20 Yanvar faciələrindən, müasir ədəbiyyatın aparıcı nümayəndələrindən söhbət açılır. Eyni zamanda jurnalın təsisçisi və redaktoru Aqşin Ağkəmərlinin xalqımızın başına gətirilən bəlalardan bəhs edən yazısı işıq üzü görüb.
Nəşrdə
dünya şöhrətli alim Lütfi Zadə, akademik Nizami Cəfərov,
Əməkdar jurnalist, filologiya
elmləri doktoru Aqşin
Babayevin “Nazim və Azərbaycan”
kitabı barədə yazılar, digər azərbaycanlı
yazarların yaradıcılığından nümunələr
dərc olunub.
Mədəniyyət.- 2017.- 24
noyabr.- S.15.