Regionlarda yeni muzey binaları istifadəyə verilib

 

 

   Tərtər Ağcabədi rayonlarında tarix-diyarşünaslıq muzeylərinin, Ağcabədi Sabirabadda bayraq muzeylərinin açılışı keçirilib

  

   Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər, Ağcabədi Sabirabad rayonlarına səfər edib. Dövlət başçısı rayonlarda yeni infrastruktur layihələri ilə tanış olub, bir sıra müəssisələrin, o cümlədən mədəniyyət ocaqlarının açılışında iştirak edib.  

   Tərtər rayonunda Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışı keçirilib. Məlumat verilib ki, muzey 1982-ci ildə fəaliyyətə başlayıb müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Ötən il muzey üçün yeni binanın inşasına başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri artıq başa çatdırılıb. İkimərtəbəli binada iki ekspozisiya zalı var. ZallardaTəbiət”, “Arxeologiya”, “Qafqaz Albaniyası”, “Orta əsrlər”, “Misgərlik”, “XIX əsr”, “Azərbaycan milli geyimləri”, “Ənənəvi ev”, “Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan SSR dövrü”, “Azərbaycan müstəqillik dövrü”, “Qarabağ münaqişəsiadlı bölmələr qurulub. Burada, həmçinin ümummilli lider Heydər Əliyevin Prezident İlham Əliyevin Tərtər rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.

   Muzeyin fondundakı 2000 eksponatın 250-si ekspozisiya zalında nümayiş olunur. Binada 40 yerlik konfrans zalı, elmi araşdırmalar şöbəsi üçün otaq da yaradılıb.

   * * *

   Ağcabədidə isə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışı keçirilib Ölkə başçısı muzeydə yaradılan şəraitlə tanış olub.

   Respublikamızın bölgələrində yeni yaradılan ya əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən tarix-diyarşünaslıq muzeyləri keçmişimizə həssas münasibəti əks etdirir. Bu, dövlət siyasətinin tərkib hissəsidir. Tarixi abidələrin bərpası, yeni muzeylərin, mədəniyyət mərkəzlərinin tikilməsi milli mənəvi dəyərlərimizə hörmət ehtiramın təzahürüdür. Bu muzeylərdə həm ölkəmizin, həm müxtəlif rayonların tarixini əks etdirən çoxlu sayda eksponatlar toplanır.

   Azərbaycan tarixinin əsrlərin dərinliklərindən qaynaqlanan izlərini yaşadan belə muzeylərin başlıca üstünlüklərindən biri ölkəmizin bölgələrinə xas mədəniyyət elementlərinin qorunub saxlanması ilə bağlıdır. Prezident İlham Əliyev qədim zəngin mədəniyyət abidələrimizin qorunub saxlanması gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyan tarix-diyarşünaslıq muzeylərinin yaradılmasına xüsusi diqqət yetirir. Bu, bir daha Azərbaycan dövlətinin milli mənəvi dəyərlərimizə sadiqliyini əyani şəkildə nümayiş etdirir. Ağcabədidəki Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı şəkildə yenidən qurulması da bu həqiqəti təsdiq edən amillərdən biridir.

   Binada yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, bu muzey 1980-ci ildən fəaliyyət göstərir. Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə əsaslı surətdə yenidən qurulan ikimərtəbəli binanın birinci mərtəbəsində fond otaqları, dəftərxana digər inzibati otaqlar var. Burada, həmçinin 60 yerlik konfrans zalı da yaradılıb. İkinci mərtəbə isə ekspozisiya zallarından ibarətdir. Ekspozisiya zallarında altı bölmə var. Həmçinin ümummilli lider Heydər Əliyevin Prezident İlham Əliyevin Ağcabədiyə səfərlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

   Diqqətə çatdırılıb ki, muzeydə saxlanılan 4782 eksponatdan 360-ı ekspozisiya zalında nümayiş olunur. Əsasən rayon ərazisindən tapılmış bəziləri bərpa olunmuş sənətkarlıq nümunələri, döyüş ləvazimatlarının qalıqları, milli adət-ənənələrimizi əks etdirən ekspozisiyalar qədim keçmişimiz mədəniyyətimiz barədə dolğun təsəvvür yaradır.

   * * *

   Dövlət başçısı Ağcabədi və Sabirabad rayonlarında bayraq muzeylərinin açılışında da iştirak edib.

 

Mədəniyyət.- 2017.- 29 noyabr.- S.2.