Tədris portalının və regional idarələrin
saytlarının təqdimatı
Noyabrın 28-də Yevlax şəhərində
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə Uşaq musiqi və incəsənət məktəblərinin tədris
portalının, Bərdə,
Ağcabədi, Gəncə,
İsmayıllı və
Şəmkir regional mədəniyyət
və turizm idarələrinin internet saytlarının
təqdimatı keçirildi.
Mərasimdə
çıxış edən
Əbülfəs Qarayev
Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli sərəncamına əsasən
nazirliyin 15 regional idarəsinin
yaradılmasının bu
sahədə idarəçiliyin
təkmilləşdirilməsinə xidmət etdiyini dedi. Bildirdi ki, müasir
dövrdə informasiya
texnologiyalarının imkanlarından
daha səmərəli
istifadə edərək
ölkəmizin mədəniyyət
və turizmini daha geniş şəkildə təbliğ
etməliyik. Bu xüsusda internet portallarının
önəmi böyükdür.
Eyni zamanda mədəniyyət
və turizm sahəsində çalışan
insanların bilik və bacarıqlarının
artırılması istiqamətində
işlər görülməlidir.
Nazirliyin Texniki təchizat və proqram təminatı şöbəsinin
müdir müavini Qabil Abbasov Uşaq
musiqi və incəsənət məktəblərinin
tədris portalı -
music.mctgov.az saytı haqqında
məlumat verdi.
Qeyd etdi ki, portalda
ölkəmizin və
dünya bəstəkarlarının
haqqında məlumatlar,
onların əsərlərinin
notları yerləşdirilib.
Həmçinin portalda
musiqi və incəsənət məktəblərində
tədris, məktəblərə
qəbul qaydaları ilə tanış
olmaq olar. Ustad dərsləri barədə
videomateriallar, metodiki vəsaitlər, musiqi alətləri haqqında məlumatlar da saytda əksini tapıb.
Daha sonra Bərdə,
Ağcabədi, Gəncə,
İsmayıllı və
Şəmkir regional mədəniyyət
və turizm idarələrinin saytları
haqqında məlumat verildi.
Bildirildi ki, saytlarda
regional idarələrin əhatə
etdiyi rayonların mədəniyyət və
turizmi haqqında dolğun məlumatlar əks olunub. Saytlarda sözügedən regionlarda
yerləşən tarixi
abidələr, muzeylər,
turizm marşrutları
ilə bağlı informasiyalara geniş yer verilib.
Diqqətə çatdırıldı ki, ilin sonuna
kimi bütün
regional idarələrin saytları
istifadəyə veriləcək.
Nazir bu istiqamətdə görülən işlərin
daha da sürətləndirilməsi
üçün tapşırıq
və tövsiyələrini
verdi.
Fariz
Mədəniyyət.- 2017.- 29
noyabr.- S.3.