Milli kitabxanalar arasında anlaşma memorandumu imzalanıb
Noyabrın 27-28-də Tacikistanın paytaxtı Düşənbədə
İslam Əməkdaşlıq
Təşkilatına (İƏT) üzv ölkələrin
milli kitabxanaları direktorlarının dördüncü
iclası keçirilib.
Milli Kitabxanadan verilən
məlumata görə,
iclasda təşkilatın
saytının fəaliyyəti,
hər təşkilat
üzrə əlaqələndirici
şəxsin təyin
olunması, saytda üzv ölkələr haqqında məlumatın
verilməsi, informasiyaların
ötürülməsi və
digər məsələlər
müzakirə olunub.
Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Tacikistan Milli Kitabxanası arasında əməkdaşlıq barədə
anlaşma memorandumu imzalanıb. Memorandumda kitab
mübadiləsinin inkişaf
etdirilməsi, qarşılıqlı
sərgilərin təşkili,
birgə layihələrin
işlənməsi, habelə
beynəlxalq kitab sərgilərində və
elmi konfranslarda iştirak, elektron resurslardan qarşılıqlı
istifadə və digər məsələlər
əks olunub.
Lalə
Mədəniyyət.- 2017.- 29
noyabr.- S.3.