“Zaman
və məkan”ın diplomları təqdim olunub
Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqında “Zaman
və məkan” adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsi qaliblərinin mükafatlandırma
mərasimi keçirilib.
İttifaqın
mətbuat xidmətindən
verilən məlumata görə, qurumun sədri, Xalq artisti, professor Şəfiqə
Məmmədova, birinci
katib, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qalibləri təbrik edib, onlara uğur
arzulayıblar.
Müsabiqədə birinci yeri tutan olmayıb. Digər yerlərin sahiblərinə
mükafatlar təqdim
edilib.
“Şükriyyə taleyim”, “Bakının su əfsanəsi”,
“Qara qızıl” ssenarilərinin müəllifləri
Cavid Zeynallı, Rəşad Şükürov, Seyram
Əmirov ittifaqın rəhbərliyinə və münsiflər
heyətinə təşəkkürlərini bildiriblər.
Mədəniyyət.- 2017.- 29
noyabr.- S.4.