“Gedək, yeyək”
Rusiya kanalında yayımlanan verilişin
növbəti buraxılışı Bakıya həsr olunub
Rusiyanın NTV telekanalında yayımlanan
“Poyedem, poyedim!” (“Gedək, yeyək!”) verilişinin yaradıcı heyəti Bakıda çəkiliş
aparıb.
Verilişin ingilis aparıcısı John Warren şəhərin və ətraf ərazilərin görməli yerlərinə - Qobustana, Bakı bazarına baş çəkib, müalicəvi palçıq vulkanlarını yüksək qiymətləndirib, Bakı pomidorlarının və qutablarının dadına baxıb.
Həmçinin o, rəssam Faiq Əhmədov və Rəşad Ələkbərovla görüşüb, qumdan həqiqi rəsm çəkməyi öyrənib, Azərbaycanın milli musiqi alətləri ilə tanış olub və azərbaycanlı aparıcı Leyla Quliyeva ilə tamaşaçılara Şah plovun hazırlanması və bişirilməsi qaydasını nümayiş etdirib.
Mədəniyyət.- 2017.- 29
noyabr.- S.9.