Bakıda İtaliya mətbəxi
həftəsi
“Dünya İtaliya mətbəxi həftəsi” çərçivəsində Bakıda da tədbir keçirilib. Tədbirdə çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari deyib ki, ailəyə, dostlara sevgi İtaliya və Azərbaycanın mənəvi dəyərlərini birləşdirir.
Diplomat İtaliya mətbəxinin, ənənələrinin, mədəniyyətinin fərqli xüsusiyyətinin dünyada təbliği məqsədilə keçirilən bu mədəni həftənin ölkəsinin Baş naziri Paulo Centiloninin təşəbbüsü ilə qeyd olunduğunu vurğulayıb. İtaliya mədəni həftəsinin Bakıda keçirilməsindən məmnunluğunu dilə gətirən diplomat hər iki ölkəni birləşdirən bir çox dəyərlərdən danışıb. Səfir ölkələrimiz arasında münasibətlərin bir çox sahələrdəki əməkdaşlıqla daha da zənginləşəcəyini bildirib.
Tədbirdə İtaliyanın Bolonya şəhərinin "Cantina Bentivoglio" restoranından məşhur aşpaz məxsusi təamları, italyan şərablarını qonaqlara təqdim edib.
Noyabrın 26-dək
davam edən “Dünya
İtaliya mətbəxi həftəsi”
çərçivəsində ölkəyə məxsus kulinariya nümunələri təqdim edilib, bu yeməklərin
hazırlanması üzrə masterklasslar nümayiş olunub.
Mədəniyyət.- 2017.- 29
noyabr.- S.9.