Ədəbiyyatşünas alimin
kitabının müzakirəsi olub
Noyabrın 25-də Səməd Vurğunun ev-muzeyində tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Rüstəm Kamalın “Güzgü günü” kitabının təqdimat mərasimi və müzakirəsi keçirilib.
Muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova tanınmış tənqidçinin yazılarından söz açıb. Bildirib ki, R.Kamal öz esselərində Səməd Vurğun, Yusif və Vaqif Səmədoğluların yaradıcılıqlarını fərqli bucaqdan işıqlandırıb.
Tədbirdə yazıçı və ədəbiyyatşünaslar İntiqam Qasımzadə, Məti Osmanoğlu, Cavanşir Yusifli, İradə Musayeva, Rəhilə Qeybullayeva, Südabə Ağabalayeva, Aliyə Səmədova, Aslan Salmansoy, Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinin müəllim və tələbələri iştirak edib. Çıxış edənlər kitabla bağlı fikirlərini bildiriblər.
Mədəniyyət.- 2017.- 29
noyabr.- S.10.