Milli Dram Teatrında “Cəhənnəm sakinləri”nin premyerası
Oktyabrın 6-da Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında “Cəhənnəm
sakinləri” tamaşasının
premyerası keçiriləcək.
Xalq yazıçısı Elçinin
pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu
rejissoru və rəssamı Xalq artisti Azərpaşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova,
musiqi tərtibatçısı
Kamil İsmayılovdur.
Tamaşada Azər Dadaşovun
musiqisindən istifadə
olunub.
Yeni səhnə əsərində
xalq artistləri Məleykə Əsədova
(Qadın), Nurəddin
Mehdixanlı (Qonaq), əməkdar artistlər Elşən Rüstəmov
(Kişi), Mirzə Ağabəyli (Qonşu), aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə
Novruzlu iştirak edirlər.
145-ci teatr
mövsümünün ilk premyerası olan tamaşa 1937-ci ildə bütün ölkəni əhatə edən repressiya hadisələrindən
bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi
təqib, mənəvi
təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə
çalışsalar da,
günlərin birində
evlərində peyda olan çağırılmamış
qonaq (ər-arvada görə, Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun
insan həyatında hansı faciələrə
səbəb olduğunu
göstərir.
Qeyd edək
ki, “Cəhənnəm sakinləri” pyesi bundan öncə Azərbaycan
Dövlət Rus Dram
Teatrında tamaşaya qoyulub.
Mədəniyyət.- 2017.- 4
oktyabr.- S.7.