Batalyon” cəzaçəkmə müəssisəsində nümayiş olunub

 

 

 

   Mədəniyyət və Turizm Nazirliyi və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə sentyabrın 29-da 10 saylı cəzaçəkmə müəssisəsində “Batalyon” sənədli filminin nümayişi keçirilib. “Yaddaş” sənədli filmlər studiyasında çəkilən ekran əsəri Qarabağ müharibəsi zamanı Tərtər batalyonunun keçdiyi döyüş yolundan bəhs edir.

   Azadlıqdan məhrum edilmiş şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, onları Azərbaycan kinosunun yeni nailiyyətləri ilə tanış etmək və vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə təşkil olunan tədbirdə cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Etibar Məmmədov, filmin rejissoru, Əməkdar incəsənət xadimi Nizami AbbasMilli Qəhrəman Elman Hüseynovun oğlu Emil Hüseynli çıxış edərək, bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

   Sonra filmin nümayişi olubböyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2017.- 4 oktyabr.- S.13.