Özbəkistandakı festivalda ölkəmizin stendi mükafatla təltif edilib
Özbəkistan Xarici İşlər
Nazirliyinin dəstəyi
və bu ölkənin Kulinariya Assosiasiyasının təşkilatçılığı
ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Xalqların mədəniyyət və
kulinariya festivalı” keçirilib. Festivalda
Azərbaycan, Çin,
Rusiya, Qazaxıstan, Hindistan, Koreya, Gürcüstan, Pakistan, Ukrayna,
Qırğızıstan və
s. ölkələr öz
guşələrini təqdim
ediblər.
Ölkəmizin
səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət
Mərkəzi tərəfindən
qurulan Azərbaycan guşəsi iştirakçıların
böyük marağına
səbəb olub. Guşədə milli mədəniyyətimizi,
mətbəximizi özündə
əks etdirən
"Azərbaycanın mədəni
irsi" (özbək
dilində) kitabı təqdim olunub və iştirakçılara
paylanılıb.
İştirakçılar Azərbaycan milli
mətbəxinə aid balıq
ləvəngisi, çığırtma,
kükü, lavaş və başqa yeməklərə qonaq ediliblər. Yeməklər festivalın münsiflər
heyəti və iştirakçılar tərəfindən
yüksək qiymətləndirilib.
Qeyd edək ki, bu
il festivalın
əsas devizi ölkələrin stendində
hazırlanan ən yaxşı balıq yeməyi və milli mədəniyyəti özündə əks etdirən stendin hazırlanması olub.
Ölkəmizin stendi festivalda
ikinci yeri tutub. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən
hazırlanan balıq ləvəngisi festivalın
xüsusi mükafatı
ilə təltif edilib.
Mədəniyyət.- 2017.- 4 oktyabr.-
S.9.