Dövlət Kukla TeatrındaDurna balığı

 

 

   Sentyabrın 30-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümdə ilk premyerası ilə balaca tamaşaçılarını sevindirib.

   Bu dəfə rus folkloruna müraciət edən yaradıcı heyətDurna balığının əmri iləadlı nağılın motivləri əsasında tamaşa hazırlayıb.

   Teatrın rus bölməsində hazırlanan “Durna balığı” adlı tamaşanın rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Müxtəlif kukla mexanizmləri və canlı aktyor oyununun sintezindən ərsəyə gələn tamaşada balaca teatrsevərlər əsl nağıllar aləminə düşəcəklər.

   Rolları teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli ifa edirlər. Onu da qeyd edək ki, bu üçlük tamaşada 7-dən artıq personajı canlandırmaqla eyni zamanda iki kuklanın oyununu ustalıqla təqdim etməyə müvəffəq olub.

 

 

Mədəniyyət.- 2017.- 4 oktyabr.- S.7.