“Hərə
bir kitab alıb oxusa...”
Kitab sərgiləri həm
də imza günləri ilə maraqlıdır. Əgər naşirlər,
kitab satıcıları,
hətta müəlliflər
belə sərgilərdə
işgüzar münasibətlər
qurmaq üçün
iştirak edirlərsə,
mütaliəni sevən
sadə insanlar belə tədbirlərə
ailə kitabxanasını
zənginləşdirmək, sevdiyi müəlliflərlə
şəxsən görüşmək,
onların kitablarını
avtoqrafları ilə əldə etmək niyyəti ilə gəlirlər. V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
belə bir niyyəti reallaşdıranlardan
biri də «Teas Press» nəşriyyat evi oldu.
Stendin qarşısında qələbəliyi görüb
yaxınlaşdıqda məlum
oldu ki, burada Xalq yazıçısı
Çingiz Abdullayevin imza günü keçirilir. Nəşriyyatın
sərgilədiyi məhsulların
arasında «Məhv olmuş həyat» trilogiyasından «Qurbanlıq
sindromu» «Maskanın hakimiyyəti», «Bumeranq zərbəsi», eləcə
də «Folun bir addımlığında»,
«Ailə sirləri», «Vyana gecəsinin sirri», «Vicdanın adaptasiyası», «Alqış
sədaları altında
ölüm» detektivlərinin
satışı və
imza mərasimi çox gur keçirdi. Gənclər, xüsusilə də
tələbə qızlar
həvəslə kitabları
alır, müəlliflə
xatirə şəkli
çəkdirir, aldıqları
kitabları ona imzalatdırırdılar. Hiss olunurdu ki, əsərləri
milyonlarla tirajla çap olunan yazıçı həm kitab sərgisindəki ümumi qələbəlikdən,
həm də əsərlərini çap
edən nəşriyyatın
qarşısındakı izdihamdan
məmnundur. Onu bu münasibətlə
təbrik edib sərgidəki ovqat barədə fikrini soruşduq.
- Belə tədbirlər, sərgilər
nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Gənclər bura gəlirlərsə, sərgiyə maraq göstərirlərsə, deməli,
onlar kitabın əhəmiyyətini anlayırlar.
Əgər sərgiyə gələn
hər məktəbli,
tələbə bir kitab alarsa və
onu da oxuyarsa,
bu, artıq böyük göstəricidir.
Mən həmişə deyirəm
ki, kitab oxuyun. Heç mənim əsərlərimi
oxumasanız da olar, təki klassiklərin kitablarını
oxuyun.
Gülcahan
Mədəniyyət.- 2017.- 4
oktyabr.- S.11.