Azərbaycan musiqi tarixi”nin ikinci cildi çapdan çıxıb

 

 

 

   AMEA-nın Memarlıq İncəsənət İnstitutu əməkdaşlarının birgə əməyinin bəhrəsi olanAzərbaycan musiqi tarixikitabının II cildi oxucuların ixtiyarına verilib.

   “Elm” nəşriyyatında çapdan çıxmış kitab institutun şöbə müdiri, akademik Zemfira Səfərovanın layihəsi əsasında onun elmi redaktorluğu ilə nəşr edilib. Nəşrə akademik Teymur Bünyadov professor Tariyel Məmmədov rəy veriblər. Kitabda XX əsrin əvvəllərində fəaliyyətə başlamış bəstəkarlarımızın həyat yaradıcılığı xronoloji ardıcıllıqla tədqiq olunub.

   Azərbaycanın musiqi mədəniyyətinə böyük töhfə olan nəşr giriş 13 hissədən ibarətdir.

   Girişdə dahi bəstəkar Üzeyir Hacıbəylinin 1921-ci ildə yazdığıVəzifəyi musiqiyyəmizə aid məsələlərproqram məqaləsinin əsas tezis vəzifələri açıqlanır, araşdırılır, dövrün ümumi mənzərəsi verilir.

   Birinci hissənin ilk fəsli Ü.Hacıbəylinin həyat yaradıcılığına həsr edilib. Növbəti fəsillərdə bəstəkarınLeyli Məcnunoperası, “Arşın mal alanoperettası, “Koroğluoperası, “SənsizSevgili cananmusiqi qəzəllərindən bəhs olunur. Həmçinin Ü.Hacıbəyli musiqişünas-alim kimi təqdim edilir, onun elmi yaradıcılığında nəzəri məsələlər araşdırılır.

   İkinci hissədə XX əsrin əvvəllərində Azərbaycan musiqi mədəniyyətində yaranmış yeni janrlar - opera operettalar haqqında diskussiyanın gedişi təhlil edilir.

   Əsərin üçüncü hissəsi görkəmli bəstəkar Müslüm Maqomayevin həyat yaradıcılığına həsr olunub, bəstəkarınŞah İsmayılNərgizoperaları araşdırılıb.

   Dördüncü hissədə Azərbaycan musiqi mədəniyyətinin inkişafı, dövrün ümumi səciyyəsi verilib. Beşinci hissə Azərbaycan musiqi mədəniyyətinin qurucularından olmuş bəstəkar Zülfüqar Hacıbəyovun həyat yaradıcılığına həsr edilib. 1920-1930-cu illərdə Azərbaycan musiqi mədəniyyətinin inkişafı haqqında məlumat altıncı hissədə verilib. Yeddinci hissə rus bəstəkarı M.Qliyerin Bakıdakı yaradıcılıq fəaliyyəti haqqındadır. Səkkizinci hissə gənc ikən həyatdan getmiş, lakin musiqimizin inkişafında önəmli iz qoymuş istedadlı bəstəkar Asəf Zeynallıdan bəhs edir. Bəstəkarın vokal, kamera simfonik əsərləri təhlil olunur.

   İkinci cildin sonrakı hissələrində 1930-40-cı illərdə Azərbaycan musiqi mədəniyyəti, görkəmli bəstəkarlarımızın əsərləri araşdırılır. Əfrasiyab Bədəlbəylinin həyat yaradıcılığı, publisistik fəaliyyəti, dirijor bəstəkar Niyazinin həyat yaradıcılığı, “Rastsimfonik muğamı, “Xosrov Şirinoperası, “Çitrabaleti, Səid Rüstəmovun mahnı yaradıcılığı, musiqili komediyaları, instrumental əsərləri, dirijorluq pedaqoji fəaliyyəti ilə bağlı araşdırmalar aparılıb.

   Cildin sonuncu hissəsi Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevaya həsr olunub. Kitabda, həmçinin dövrün görkəmli ifaçıları Hüseynqulu Sarabski, Bülbül, Şövkət Məmmədova, Qəmər Almaszadə, Rəşid Behbudov, eləcə də Azərbaycanın unudulmaz qadın bəstəkarı Şəfiqə Axundova haqqında məlumatlar yer alıb.

 

Mədəniyyt.- 2017.- 6 oktyabr.- S.15.