“Qulliver Cırtdanlar
ölkəsində”
Gənc
Tamaşaçılar Teatrında yeni səhnə
əsəri hazırlanır
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri hazırlanır.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Conatan Sviftin məşhur “Qulliverin səyahəti” əsərinə müraciət edən yaradıcı kollektiv tamaşanı fərqli yozumda təqdim edəcək. Tamaşada kukla elementlərindən məharətlə istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla əks etdirilib.
Quruluşçu
rejissor Elşad Rəhimzadənin
hazırladığı tamaşada
rolları əməkdar artistlər Vahid
Əliyev, Nofəl Vəliyev, aktyorlar
Elşən Hacıbabayev, Müşfiq
Əliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Asya Atakişiyeva və
başqaları canlandıracaq. Premyera
oktyabrın 27-də gerçəkləşəcək.
Mədəniyyət.- 2017.- 6
oktyabr.- S.3.