Bakıda serbiyalı fotoqrafın sərgisi açılıb

 

   Oktyabrın 2-də Serbiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Landmarkda peşəkar fotoqraf Olivera YankoviçinMüasir Belqradda Nikola Tesla” adlı fotosərgisi açılıb.

   Tədbiri Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Qəmər Məlikova giriş sözü ilə açıb. Sonra çıxış edən fotoqraf Olivera Yankoviç qonaqlara sərgidə nümayiş olunan əsərləri haqqında məlumat verib, hər bir fotonun yaranma tarixçəsindən, günün müxtəlif saatlarında əks olunan şəhər mənzərələrinin ecazkar gözəlliyindən bəhs edib. Sərgi izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

   Qeyd edək ki, O.Yankoviç Belqradda anadan olub. Belqrad Universitetində əczaçılıq ixtisası üzrə təhsil alıb. 15 ildən artıqdır ki, foto sənəti ilə məşğul olur.

   Serbiya Həvəskar Rəssamlar Cəmiyyətinin üzvüdür, 2016-cı ildə Serbiya Mədəniyyət və Təhsil Cəmiyyətinin medalı ilə təltif olunub.

   Fotoqrafın 19 əsərinin nümayiş olunduğu sərgi 9 oktyabr tarixinədək davam edəcək.

  

Mədəniyyət.- 2017.- 6 oktyabr.- S.15.