Kinoya təsadüfən gəlmişdi...

 

 

 

   Elə sənətçilər var ki, teatrkinoda obrazlar qalereyası yaratmaqla şöhrət qazanıblar. Elələri də olub ki, əksinə, bir-iki obrazla sənət salnaməsinə adını yazdırıb. Əkbər Fərzəliyev ikinci kateqoriyaya aid sənətkarlardandır.

   Əkbər Fərzəli oğlu Fərzəliyev 1 oktyabr 1932-ci ildə Qusar rayonunun Köhnə Xudat kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra 1953-cü ildə Pedaqoji İnstitutun Dil-ədəbiyyat fakültəsinə daxil olur. III kursda təhsilini dayandıraraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunur.

   Təhsil aldığı müddətdə eyni zamanda Azərbaycan Dövlət Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə çıxış edir. Sonra “Azərbaycanfilm” kinostudiyasında aktyorrejissor assistenti işləyir.

   Sənətkarın kinoya gəlişi maraqlı və yaddaqalan olub. Bu barədə kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin geniş araşdırması var. O yazır ki, Ə.Fərzəliyev “Uzaq sahillərdə” filmində əfsanəvi qəhrəman Mixaylo roluna sınaq çəkilişlərinə dəvət edilirbu rola əsas namizədlərdən olur. Ancaq rejissor Tofiq Tağızadə tanınmış aktyor Nodar Şaşıqoğlunu bu rola təsdiq edir.

   Ə.Fərzəliyev kinoda yaddaqalan obrazlar yaradıb. Onun “Qızmar günəş altında” filmində canlandırdığı Aydın, “Koroğlu” filmində Eyvaz obrazları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Onu da deyək ki, aktyor 1961-ci ildə Rusiya istehsalı olanAl yelkənlər” bədii filmində dalğıc rolunda da çəkilib.

   Aktyor “Mənim kino xatirələrim” adlı memuarında kinoya gəlişinin təsadüfi olduğunu bildirir: “Bir qrup tələbə yoldaşımla kinostudiyada çəkilən “Bəxtiyar” filmində kütləvi səhnələrdə çəkilmək üçün dəvət almışdıq. Sevincimdən sanki uçurdum. Kino ekranında özümü görmək mənə qəribə və ecazkar gəlirdi... Sonra fotoqraf dostum məni Azərbaycan Dövlət Dram Teatrına apardı. Sən demə, o, hər axşam burada kütləvi səhnələrdə çıxış edir və məvacib alırmış. Məni də qəbul etdilər... İlk dəfə burada teatr sənətimizin dahiləri Mirzəağa Əliyev, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Əjdər Sultanov, Rza Əfqanlı, Məlik Dadaşov, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Mərziyə Davudova, Məhluqə Sadıqova, Möhsün Sənani və başqalarını gördüm. Onlarla salamlaşmağı, çay stolu arxasında oturmağı özümə böyük fəxarət sayırdım”.

   Onun teatr sahəsində fəaliyyəti çox davam etmir. Bu barədə sənətkarın xatirəsində daha sonra oxuyuruq: “1956-cı ilin bir yaz günü idi. Həsən Seyidbəyli və İmran Qasımovun “Uzaq sahillərdə” tamaşasını yenicə qurtarmışdıq. Kinostudiyanın rejissor assistenti Abdulla Vəkilov bildirdi ki, “O olmasın, bu olsunfilmi çəkilir. Üzeyir Hacıbəylinin obrazını yaradacaq aktyor axtarırıq. Siz Üzeyir bəyə çox oxşayırsınız. Mümkünsə, sabah gəlin sizi quruluşçu rejissor Hüseyn Seyidzadəyə təqdim edim...”.

   Bu zaman aktyor Üzeyir bəyin həyat yoldaşı Məleykə Terequlova ilə görüşür: “Hüseyn müəllim, mən başqa bir nəfər maşına oturub yola düşdük. Qulluqçu bizi içəri dəvət etdi. Hüseyn müəllim rusca məni təqdim etdi. Məleykə xanım üzümə diqqətlə baxıb: “Doğrudan da, Üzeyirimi mənə pay gətirmisiniz”, - dedi. Onların evindəki şəkillərin əksəriyyətində mənim oxşar cizgilərim hiss olunurdu. Biz çıxanda mənə uğurlar dilədi...”.

   Beləliklə, Ə.Fərzəliyev kinoda ilk rolunu “O olmasın, bu olsunfilmində oynayır.

   1963-cü ildə Qusar rayonuna qayıdan Ələkbər Fərzəliyev burada Ləzgi Xalq teatrını yaradır teatrın rejissoru olur. 1965-də rayon Mədəniyyət evinin direktoru təyin edilir. Bir il sonra onun rəhbərliyi altında rayon Mədəniyyət evinin nəzdində Ləzgi mahnı rəqs ansamblı təşkil olunur. Xalq teatrınınQisastamaşası Bakıda özfəaliyyət incəsənət festivalının laureatı olur. O, həmçinin rejissor kimi “30 qəpiklik cərimə”, “Müqtədir”, “Dağlar şahiddirtamaşalarına quruluş verir. “Yarımın atası”, Şeyx Şamilin anadan olmasının 200 illiyi ilə bağlıİmam Şamiləsərləri Qusar Ləzgi Dram Teatrında oynanılır.

   Aktyor poeziyaya da maraq göstərib, şeirlər qələmə alıb. Tanınmış bəstəkar Ruhəngiz Qasımovaİntizarşeirinə musiqi yazıb.

   Əkbər Fərzəliyev 15 may 1999-cu ildə vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 6 oktyabr.- S.15.