“Euronews”
telekanalında Lahıc
haqqında reportaj
"Euronews"
telekanalının "Postcards" proqramı növbəti reportajını Azərbaycanın
İsmayıllı rayonunun
Lahıc qəsəbəsinə
həsr edib.
Avrora Velesin müəllifi
olduğu reportajda tamaşaçılar Azərbaycan
haqqında məlumatlandırılır.
“Lahıc: mis
qablar sənətkarları
və Monomaxın papağı” adlı videomaterialda Lahıcın
XVIII-XIX əsrlərdə mis
qab və soyuq silah hazırlanmasında
Qafqazda əsas istehsalat mərkəzlərindən
biri olması qeyd edilir.
Reportajda Lahıcda hazırlanmış
mis əşyaların
Luvrda və dünyanın digər mötəbər muzeylərində
sərgiləndiyi vurğulanır.
Bildirilir
ki, Lahıc tarix-mədəniyyət qoruğu
“Böyük İpək
Yolu” beynəlxalq turizm marşrutuna daxil edilib.
Videomaterialda
Lahıcda misgərlik sənəti ilə məşğul olan sənətkarların fikirləri də yer alıb.
Mədəniyyət.- 2017.- 6
oktyabr.- S.16.