“Yağış isə elə hey yağır”
Azərbaycan Dövlət Rus Dram Teatrında Yelena Poddubnayanın “Yağış isə elə hey yağır” əsəri əsasında yeni tamaşa hazırlanır. Tamaşaya teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski quruluş verir.
Rejissor bildirib ki, tamaşa şərti olaraq “İngiltərə kraliçası Yelizavetanın faciəli məhəbbəti” adlanır. O, dövləti üçün böhranlı bir vaxtda dilemma qarşısında qalır: “İngiltərənin taleyi, yoxsa onun şəxsi həyatı. Nəticədə İngiltərənin mənafeyi onun şəxsi səadətinə qalib gəlir. Əsər melodram janrındadır. Tamaşaya elə quruluş verməyə çalışmışam ki, onun süjeti köhnəlmiş materiala bənzəməsin və müasir səslənsin”.
Tamaşada
baş rolda Əməkdar
artist Natalya Şarovskaya çıxış edir. Rolları xalq artistləri
Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov,
habelə Milana Mərdaxanova, Zaur Terequlov, Yaqub Zeynalov və
başqaları oynayır.
Mədəniyyət.- 2017.- 11
oktyabr.- S.5.