Xırdalan musiqi məktəbi
kollektivinin Gürcüstana
növbəti səfəri
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Tbilisi şəhərində fəaliyyət göstərən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəvətinə əsasən oktyabrın 4-dən 8-dək Gürcüstanda səfərdə olub.
Məktəbin şagirdləri muzeydə “Al-əlvan oktyabr” adlı konsert proqramı ilə çıxış ediblər. İki ölkə arasında diplomatik münasibətlərin 25-ci ildönümünə həsr olunan konsertdə Azərbaycanın xalq və bəstəkar mahnıları səsləndirilib. “Qarabağ şikəstəsi” və Qarabağa həsr olunmuş digər mahnılar alqışlarla qarşılanıb.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov uşaqların çıxışlarından məmnun olduğunu bildirərək, onlara gələcək işlərində uğurlar arzulayıb.
Musiqi məktəbinin direktoru İkram Manafov qeyd edib ki, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə əməkdaşlıq çərçivəsində Gürcüstanın müxtəlif musiqi məktəbləri ilə əlaqələr yaradılıb. O, Gürcüstana üçüncü dəfə gəldiklərini bildirib.
Məktəbin kollektivi Gürcüstan
paytaxtında keçirilən şəhər günü
- “Tbilisoba” adlı bayram
tədbirlərinə də qatılıb. Gürcüstanda
yaşayan milli
azlıqların mədəniyyəti, incəsənəti, milli musiqiləri nümayiş
olunub. Məktəbin xanəndəlik, saz sinfi şagirdlərinin,
nağaraçılar ansamblının çıxışları
böyük maraqla
qarşılanıb.
Mədəniyyət.- 2017.- 11
oktyabr.- S.11.