Tarixi Ankara döyüşünün baş verdiyi məkanda beynəlxalq simpozium

 

 

   Oktyabrın 5-dən 7-dək Ankaranın Çubuk rayonundaÇubuk və çevrəsi” adlı II Beynəlxalq simpozium keçirildi. İldırım Bəyazid Universitetində (YBU) gerçəkləşən tədbirdə məqsəd Çubuk rayonu və ətrafının tarixi, mədəniyyəti, sənət, iqtisadiyyattibb sahəsində dəyərlərinin təqdimatı idi.

   Qeyd edək ki, tarixdə Əmir Teymur və İldırım Bəyazid arasında baş vermiş məşhur Ankara döyüşü (1402) məhz Çubuk ərazisində baş verib.

   YBU və Çubuk Bələdiyyəsinin işbirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TİKA və TÜRKSOY-un dəstəyi ilə keçirilən tədbirə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan elm xadimləri, müxtəlif qurumlar qatılmışdı. Simpoziumda Azərbaycanı Silahlı Qüvvələrin Hərbi Akademiyasının əməkdaşı, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov təmsil edirdi.

   Açılış mərasimində çıxış edən YBU-nun rektoru, professor Metin Doğan bildirdi ki, universitetlər yerləşdikləri şəhərlərin eyni zamanda iqtisadiyyat, sosial və mədəni sahədə inkişafına töhfə verir. Qeyd etdi ki, 6 min tələbənin təhsil aldığı, min nəfərədək alim, müəllim və inzibati heyətin çalışdığı İldırım Bəyazid Universitetibu istiqamətdə fəaliyyətini davam etdirəcək.

   Konfransda təqdim olunacaq 161 məruzədə Çubukun tarixininbugününün bütün istiqamətlərinin nəzərdən keçiriləcəyini diqqətə çatdıran rektor daha sonra dedi: “Gənc universitet olaraq məqsədimiz sadə bir elmi fəaliyyət deyil, mütəxəssislər tərəfindən problemlərin ortaya qoyulmasıdır. Bugünkü simpozium da regional inkişafa bir fayda vermək nümunəsidir. Çubukda bütün ölkəmizin tarixi, iqtisadiyyatı və gələcəyini müzakirə edəcəyik”.

   Çubuk Bələdiyyəsinin sədri Tuncay Acehan da toplantının çox önəmli olduğunu, bölgə üçün illərlə dəyərləndirilə biləcək bir fəaliyyətə imza atdığını söylədi.

   Çıxışlardan sonra rektor tərəfindən simpoziumda iştirak edənlərə xatirə plaketlər verildi.

   Tədbir çərçivəsində "Arxiv sənədləri ilə Çubuk tarixi" adlı sərginin açılış mərasimi də keçirildi.

   Sonra Türkiyə və xaricdən gələn alimlərin məruzələri dinlənildi. Mehman Süleymanov “Əmir TeymurNadir şah” məruzəsi ilə çıxış etdi.

   Tədbir müddətində həmçinin Çubuk mətbəx nümunələri də təqdim olundu.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 11 oktyabr.- S.13.