“Hərənin öz ulduzu”
Dağıstan Azərbaycan Dram
Teatrının kollektivi Abşeronda
qonaq olub
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Abşeron rayon Mədəniyyət mərkəzində Dağıstan Azərbaycan Dram Teatrı aktyorlarının iştirakı ilə İsi Məlikzadənin “Hərənin öz ulduzu” komediyası oynanılıb.
Tamaşadan əvvəl regional idarənin baş məsləhətçisi İlham Manafov qonaqları salamlayıb və teatrın yeni mövsümün ilk qastrol tamaşasının Abşeronda oynanılmasından məmnunluğunu bildirib.
Daha sonra
teatrın direktoru Firdovsi
Əsgərov və tamaşanın quruluşçu
rejissoru, Dağıstanın Əməkdar
artisti Laləzar Hüseynova
göstərilən dəstəyə görə Abşeron Rayon İcra Hakimiyyətinə, rayon
Mədəniyyət mərkəzinə təşəkkür
edib.
Mədəniyyət.- 2017.- 13
oktyabr.- S.6.