Kolmar şəhərində Azərbaycan
bəstəkarlarının musiqiləri səsləndirilib
Fransanın Kolmar şəhərində “Mandoline et Guitar colmariennes” assosiasiyasının təşkilatçılığı ilə konsert keçirilib.
Konsertdə azərbaycanlı bəstəkar və müğənni İlahə Ahui maestro Niyazinin “Arzu”, Tofiq Quliyevin “Arzular”, “Sevgilim” və Frans Şubertin “Ave Maria” mahnılarını ifa edib.
Kiçik yaşlarından xor solisti olan İlahə
Ahui Bakıda piano sinfinə gedib. 1999-cu ildə Fransaya köçüb. 2012-ci ildə Kolmar şəhərində
konservatoriyanın dirijorluq
və vokal ixtisasına daxil olub. Yerli xor qruplarına
dirijorluq edib, Azərbaycan mahnılarını
və öz bəstələrini səsləndirib.
Hazırda azərbaycanlı dirijor və müğənni iki xor qrupu və
bir orkestrə rəhbərlik edir.
İlahə Ahui
2018-ci ildə Kolmar şəhərində
keçiriləcək Klassik Musiqi Festivalında Azərbaycan bəstəkarlarının
musiqilərini səsləndirəcək.
Mədəniyyət.- 2017.- 13
oktyabr.- S.2.