Bakıda müasir teatr sənətinə həsr olunmuş festival

 

 

 

   “YARAT” Müasir İncəsənət Mərkəzi noyabrın 1-dən 6-dək ilk “M.A.P” Bakı İncəsənət Festivalını keçirəcək

  

   Festivalın bədii məqsədi yüksək hədəfi, ilk növbədə, gənc nəslə müasir teatr sənətinin mahiyyətini çatdırmaqdır. Məhz bu səbəbdən festivalın təşkilatçısı teatr banilərimizin maarifpərvər ideyalarına üz tutacaq, böyük uğur qazanmış modern teatrın parlaq əsərlərini nümayiş etdirəcək, musiqi ilə səhnə arasında dərin əlaqələri üzə çıxaracaq.

   Bakcellşirkətinin dəstəyi ilə keçiriləcək festivalda aşağıda qeyd edilən tamaşalar nümayiş olunacaq:

   Bir əsgərin hekayətibalet-tamaşasının premyerası, bəstəkar İqor Stravinski, rejissor Mehdi Məmmədov, dirijor Yalçın Adıgözəlov (Azərbaycan); “Gülməli adamın yuxusu” - “Pyotr Fomenkonun Emalatxanasıteatrı (Rusiya); “Ked” - “Praktikateatrı (Rusiya); “Troya zövcələri” - “Royal District” teatrı (Gürcüstan); “Birgə yaşama” - “Eskizı v prostranstveaktyor qrupu (Rusiya); “Sovrulanlar”, “Çevrilmə “Bolero” baletləri - hər üçüNovıy Baletteatrı (Rusiya).

   Festival çərçivəsində, həmçinin üç gün “Gaga Intensive” müasir rəqs məktəbinin (İsrail), eləcə Ruslan Malikovun rejissor sənətinə dair ustad dərsi (“Praktikateatrı, Rusiya) keçiriləcək.

   Aktyor rejissor Oleq Lyubimovun (“Pyotr Fomenkonun Emalatxanasıteatrı, Rusiya), səhnə dekoratoru, rəssam Alisa Malikovanın (“Praktikateatrı, Rusiya) mühazirələri festivalın yaddaqalan tədbirlərindən olacaq.

   Festivalın konsert proqramına Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Bencamin BritteninFrenk Bric mövzusuna dair variasiyalar”ı, Sofiya Qubaydulinanın “Fachwerk” əsəri daxildir. Orkestrə Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək. Konsertin solisti Roman Yusipey (Almaniya) olacaq.

 

Mədəniyyət.- 2017.- 13 oktyabr.- S.4.