“Mənimtək yanan harada var”
Bəstəkar
Pikə Axundovanın əsərlərindən ibarət konsert
Oktyabrın 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar Pikə Axundovanın əsərlərindən ibarət konsert proqramı təqdim edilib.
Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalının, Azərbaycan Radiosunun və filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək bəstəkarın həyat və fəaliyyətindən söz açıb.
Konsertdə bəstəkarın “Çılğın Xəzərim”, “Fəvvarələr şəhəri”, “Səssizlik balladası”, “Şəhla gözlüm”, “Vals”, “Qəlbimin səsi”, “Səninəm”, “Mənimtək yanan harada var”, “Lirik fantaziya”, “Gerçək yuxum” və s. əsərləri səsləndirilib.
Gecədə
əməkdar artistlər Zaur
Əmiraslanov, Aygün Bəylər, Lalə
Məmmədova, Aqşin Abdullayev,
eləcə də bəstəkarın özü,
habelə Zabitə Alıyeva, Səbinə Ərəbli, Orxan Cəlilov, Vüsal
Hacıyev çıxış ediblər.
İfaçıları Fərhad Qarayusiflinin
rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Tofiq Əhmədov
adına estrada-simfonik orkestri
müşayiət edib.
Mədəniyyət.- 2017.- 13
oktyabr.- S.5.