Aşıqlarımız Litvada folklor
festivalında iştirak
edirlər
Vilnüsdə “Pokrovsk kilsə
zəngləri” adlı
XII beynəlxalq folklor
festivalı keçirilir.
Oktyabrın 15-dək davam edəcək
festivala Azərbaycan,
Belarus, Estoniya, Gürcüstan,
Polşa, Litva, Rusiya, Slovakiya, Ukrayna və başqa ölkələrin
kollektivləri qatılıb.
Azərbaycanı aşıqlar Əli
Quliyev, Samirə Əliyeva və nağaraçı Asim Quliyev təmsil edirlər. Festivalın birinci günü
Azərbaycan sənətçiləri
Aşıq Ələsgərin
yaradıcılığına müraciət ediblər.
Festival çərçivəsində tanınmış pedaqoqlar, xalq ənənələrini
araşdıranlar təcrübə mübadiləsi aparacaq, mütəxəssis-etnoqrafların ustad dərsləri, sərgilər, xalq sənəti nümunələri və kulinar irsinə aid yarmarkalar, tələbə və şagirdlər
üçün proqramlar,
dəyirmi masa, xalq rəqsləri
axşamları təşkil olunacaq.
Mədəniyyət.- 2017.- 13
oktyabr.- S.5.