Bəstəkar Mobil Babayevin yaradıcılıq gecəsi
Oktyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində
tanınmış bəstəkar,
Əməkdar incəsənət
xadimi Mobil Babayevin yaradıcılıq gecəsi
keçirildi. Tədbir Mədəniyyət
və Turizm Nazirliyi, “Mədəniyyət”
kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.
Gecədə Mobil Babayevin yaradıcılığı
haqqında məlumat verildi. Bildirildi ki, bəstəkarın
əsərlərindən ibarət
musiqi çələngi
müəllifin sənətsevərlərlə
görüşü və
onlara hədiyyəsidir.
Qeyd olundu ki, bəstəkar həm simfonik, həm də mahnı janrında maraqlı əsərləri ilə musiqisevərlərin qəlbini
fəth edib. O, uzun müddət C.Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
musiqi redaktoru vəzifəsində çalışıb.
40-dan artıq filmə musiqi bəstələyib. Bəstəkarın
20 Yanvar hadisələrinə
həsr olunmuş “Ağlama, torpağım, ağlama” adlı xor və orkestr
üçün 3 hissəli
kantatası, 3 hissəli
“İnsan” oratoriyası,
xor və digər simfonik əsərləri yaradıcılığının
parlaq nümunələridir.
Onun mahnıları isə həmişə dillər
əzbəri olub.
Daha sonra konsert proqramı təqdim olundu. Azərbaycan Televiziyası və
Radiosunun “Qaytağı”
instrumental ansamblı (bədii
rəhbər Xalq artisti Ənvər Sadıqov) və bəstəkarın özünün
səhnədə müşayiəti
ilə mahnıları
səsləndirildi. Konsertdə
xalq artistləri Mübariz Tağıyev, Gülyanaq Məmmədova,
Əməkdar artist Lalə
Məmmədova, İlkin
Əhmədov, Səbinə
Əsədova, müğənnilər
Cavan Zeynallı, Adil Axundov, Rövşən
Qəhrəmanov, Taleh
Yəhyayev, Şölə
Səfərəliyeva, Cavid
Məmmədov və
“Sevil“ vokal kvarteti çıxış
etdi.
Mobil Babayevin
sevilən musiqiləri
tamaşaçılar tərəfindən
alqışlarla qarşılandı.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 13
oktyabr.- S.9.