Azərbaycanla ABŞ arasında turizm əlaqələri müzakirə olunub
Turizm təhsili sahəsində əməkdaşlığın qurulması təklif edilib
Oktyabrın 17-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı
səfirinin müavini
Uilyam Qillin başçılıq etdiyi
heyətlə görüşüb.
Görüşdə Azərbaycan Turizm
və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov da iştirak edib.
Görüş zamanı Azərbaycan
və ABŞ arasında
turizm sahəsi üzrə əməkdaşlığa
dair görülən
işlər və perspektivlər müzakirə
edilib. Nazir müavini ölkəmizdə
turizm sahəsində həyata keçirilən
islahatlar barədə
danışıb.
Nazim Səmədov Azərbaycan
və ABŞ arasında
birbaşa təyyarə
reyslərinin fəaliyyət
göstərməsi ilə
qarşılıqlı turist
axınının intensivləşdiyini,
bu reyslərdən həm Azərbaycan vətəndaşlarının, həm də qonşu olan ölkələrin vətəndaşlarının
istifadə etdiyini deyib.
İki
ölkə arasında əlaqələrin genişləndirilməsindən
danışan görüş
iştirakçıları turizm təhsili
sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini
vurğulayıblar. Azərbaycan Turizm və
Menecment Universiteti
(ATMU), Bakı Turizm Peşə Məktəbi,
Mingəçevir Turizm Kolleci
haqqında ABŞ heyətinə məlumat verilib.
Nazir müavini tərəfindən
bir sıra ölkələrlə əməkdaşlıq
edən ATMU ilə ABŞ-ın müvafiq
təhsil müəssisələri arasında gələcəkdə
əlaqələrin qurulması təklif edilib.
Mədəniyyət.- 2017.- 18
oktyabr.- S.4.