Abdulla Şaiqin
ev-muzeyində kitab təqdimatı
Oktyabrın 16-da Abdulla Şaiqin ev-muzeyində pedaqoji elmlər üzrə fəlsəfə doktoru, pedaqoq və publisist Məlahət Mürşüdlünün “Abdulla Şaiq Talıbzadənin pedaqoji fəaliyyəti və onun “Nümunə məktəbi”nin təlimin yeni məzmunda qurulmasında rolu” adlı monoqrafiyasının təqdimatı keçirilib.
Kitab “Şaiq Nümunə məktəbi”nin yüz illiyi münasibətilə işıq üzü görüb.
Təqdimatda
müəllif monoqrafiyanın yaranma tarixi və məzmunu ilə bağlı geniş məlumat verib. O,
Abdulla Şaiqin pedaqoji fəaliyyəti, “Şaiq
Nümunə məktəbi”ni necə yaratması, şagirdləri
və onların valideynlərini anadilli təhsilə
cəlb etməsi, eləcə də milli
təhsildəki fəaliyyəti barədə ətraflı məlumat
verib.
Mədəniyyət.- 2017.- 18
oktyabr.- S.5.