Sərfəli alış-verişin ünvanı

 

 

   Bakıda Şopinq festivalı bir ay davam edəcək

  

   Oktyabrın 15-də paytaxtımızda uzun müddətdir hazırlıqları gedən II Bakı Şopinq Festivalı başlandı. Budəfəki festival birincidən daha fərqli yeni imkanlar vəd edir. Noyabrın 15-dək davam edəcək festivala 578 ticarət obyekti qoşulub. Bu mağaza xidmət mərkəzlərindən 467-si əlavə dəyər vergisinin (ƏDV) qaytarılması sisteminə qoşularaq turistlər yerli alıcılar üçün böyük fürsətlər yaradır. 111 ticarət obyekti isə festivala tərəfdaş qismində qoşularaq alıcılara endirimlər təklif edirlər.

   Festivalın keçirilməsi Mədəniyyət Turizm Nazirliyinə həvalə edilib təşkilati məsələləri nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu həyata keçirir. Bundan əlavə, festivalın təşkilində müvafiq qurumlar da yaxından iştirak edir. Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), Prezident yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) AzərTürkBankdır.

  

   Mağazalar alıcılarını gözləyir

  

   Festivalda paytaxtın əsas ticarət mərkəzlərində yerləşən əksər brend mağazalar iştirak edir. “28 Mall” Gənclik Mall” ticarət mərkəzlərində olduğumuz zaman bir neçə mağazanın işçiləri festivalın ilk günündən alıcı aktivliyi hiss etdiklərini dedilər. Satıcıların sözlərinə görə, həm yerli sakinlər, həm turistlər bu imkandan yararlanmağa çalışırlar. Müsahiblərim Şopinq festivalı ilə əlaqədar müştəri sayının daha da artdığını diqqətə çatdırdılar.

   Əsas ticarət mərkəzləri ilə yanaşı, paytaxtın ayrı-ayrı yerlərində Bakı Şopinq Festivalının loqosunun olduğu obyektlərə rast gəlmək olur. Alıcıların yolunu gözləyən bir sıra mağazalarda ƏDV-nin qaytarılmasından əlavə, mallara 30 faizə qədər endirim edilir.

  

   Festivalın yenilikləri bir paketdə

  

   Bakı Şopinq Festivalının təşkilatçıları turistlər üçün xüsusi paketlər hazırlayaraq müvafiq turizm agentliklərinə təqdim etməyi nəzərdə tutublar. Bu paketlərə aviabilet, transfer, sığorta, 3 gecə hoteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir. Yeniliklərdən biri bu dəfə “Bravo” hipermarketi Neptunsupermarketlər şəbəkəsinin festivala qatılmasıdır. Bununla yanaşı, bir sıra apteklər festivalda iştirak edərək öz endirimlərini təqdim edirlər.

   Festival iştirakçılarını hədiyyə kartları, xüsusi uduşlu lotereyalar endirim kuponları, bir çox sürprizlər əyləncəli tədbirlər gözləyir. Həmçinin, həvəsləndirici tədbir olaraq turistlər alıcılar üçün “Park Bulvarticarət mərkəzindəŞopomaniaoyunu, “28 Mall” Gənclik Mall” ticarət mərkəzlərində isə interaktiv oyunlardan ibarətUğurlu çarxəyləncə proqramı təşkil olunacaq. Fəvvarələr meydanında isə “fan zonafəaliyyət göstərəcək.

   Festival müddətində həyata keçiriləcək poz-qazan formatında hazırlanmış ani stimullaşdırıcı lotereyalar zamanı müştəri digər iştirakçıları gözləmədən qazanmaq şansı əldə edəcək. Festivalın iştirakçısı olan hər bir şəxs tədbirə qatılan istənilən mağazadan bir dəfəyə 100 AZN daha çox alış-veriş edərək lotereya iştirakçısı ola bilər. 100 manatdan 500 manatadək alış-veriş edənlər 1 bilet, 500 manat daha çox alış-veriş edən şəxslər isə 2 bilet əldə edəcəklər.

  

   “Tax Freenədir kimlərə şamil olunur?

  

   Bütün dünyada geniş yayılan “Tax Freexarici vətəndaşlar tərəfindən alınmış və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması sistemidir. Ötən ildən başlayaraq Azərbaycanda da bu sistem tətbiq olunur. Alınan malların ƏDV-si turistlərə geri qaytarılır. OnlarTax Freeloqosu olan mağazalarda alınan mallara görə ödədiyi ƏDV məbləğini ölkəni tərk edərkən hava limanında geri ala bilirlər.

   Bu ildən başlayaraq, paytaxtımızda təşkil edilən Şopinq festivalı sayəsində ölkəmizdə “Tax Free” anlayışı xarici ölkələrlə müqayisədə daha cəlbedici olub. Belə ki, digər ölkələrdə “Tax Free” yalnız xarici turistlərə şamil edilirsə, Azərbaycanda bu sistemdən yerli əhali də yararlana bilir. Azərbaycan vətəndaşları da aldıqları mallara görə ödədikləri ƏDV-nin bir qismini geri ala bilirlər.

   Bundan başqa, şopinqin inkişafı məqsədilə ölkəmizdə “Tax Freeüçün minimal alış məbləği də aşağı endirilib. Yəni, başqa vaxtlarda yalnız xarici vətəndaşlara şamil olunanTax Freeüçün minimum 300 manat həddi müəyyən edilibsə, Bakı Şopinq Festivalı dövründə həm turistlərin, həm də yerli vətəndaşların 100 manatdaha çox məbləğdə alış-verişlərinə tətbiq edilir. Alış-veriş zamanı satıcı alıcıya elektron vergi hesab fakturası təqdim edir. Alıcı ƏDV köşkünə yaxınlaşır və həmin fakturanı təsdiqlədir. ƏDV köşklərinin və müvəkkil bankların ünvanını festivalın saytından əldə etmək mümkündür. Faktura ƏDV köşkündə təsdiqləndiyi gün ƏDV məbləği fesivalın müvəkkil bankında alıcıya qaytarılır. ƏDV qaytarılması kampaniyası yalnız qeydiyyatdan keçmiş festival mağazalarından alınan mallara aid edilir.

   Qeyd edək ki, Bakı Şopinq Festivalı Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilir. Bu tədbir ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb.

   Bakıda ilk Şopinq festivalı bu il aprelin 10-dan mayın 10-dək keçirilib. Festival cəlbedici təkliflər geniş miqyaslı təbliğat vasitəsilə ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 18 oktyabr.- S.9.