Mərhum şair yad edilib

 

 

 

   61 il ömür sürmüş istedadlı şair, 1980-ci illərdə “Gülüstan” ədəbi məclisinin sədri, ömrünün son illərində “Şəfəq” rayon qəzetinin əməkdaşı olmuş İzmirağa Töhmərlinin (İskəndərovun) 65 illiyi oktyabrın 13-də 17 il müəllim işlədiyi Quba rayon Talabıqışlaq kənd orta məktəbində qeyd edilib.

   Yubiley tədbirini məktəbin direktoru Asif Məmmədov açaraq mərhum haqqında danışıb. Bildirilib ki, 1952-ci il sentyabrın 10-da dünyaya gələn İzmirağa Töhmərli zəngin həyat yolu keçib.

   İzmirağa müəllimin yoldaşlarından “Şəfəq” qəzetinin baş redaktor müavini Məzahir Məmmədov, məktəbin direktor müavini Gülağa Kərimov, müəllimi Əşrəf Atayev, qələm dostlarından AYB-nin üzvləri - “Gülüstan” ədəbi məclisinin sədri Şixəmməd Seyidməmmədov, yazıçı-tədqiqatçı Kərim Dünyamalı, şair-publisist Cabir Alpoğlu Albantürk çıxış edərək 2 kitab müəllifi olan şairin yaradıcılıq məziyyətlərindən, insani keyfiyyətlərindən bəhs edib, xatirələrini danışıblar.

   Çıxışlararası məktəbin şagirdləri, habelə mərhumun nəvələri şairin şeirlərindən nümunələr səsləndiriblər.

   Yubiley tədbirində şairin kitabları, şeirləri çap olunmuş ədəbi toplular, şeirləri, hekayələri və haqqında portret-məqalələr dərc edilmiş qəzet və jurnallardan ibarət stendqurulub.

 

Mədəniyyət.- 2017.- 18 oktyabr.- S.11.